Türkiyədə Aralıq dənizi sahildən qaçır

Türkiyədə Aralıq dənizi sahildən qaçır
23:46 27 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Muğla vilayətinin Ula məntəqəsinin Akyaka məhəlləsində dənizin təxminən 30 metr geri çəkilməsi sakinlərdə narahatlıq yaradıb.

ANS PRESS-in məlumatına görə, bu, əhalidə zəlzələ şoku yaradıb. Çünki dənizin 30 metrə geri çəkilməsi Aralıq dənizində bir neçə gün əvvəl baş vermiş zəlzələdən 2 gün sonra müşahidə edilib.




Türkiyəli geofizika mühəndisi, professor Övgün Ahmet Ercanın Türkiyə mediasına verdiyi məlumata görə, dənizin 30 metrə geri çəkilməsi, ümumiyyətlə, dağdakı küləkin istiqamətinin dəyişməsi nəticəsində baş verib. Professor bu cür hadisələrin bu fəslildə Aralıq dənizi və Mərmərə dənizində tez-tez baş verdiyini bildirib: "Bunun zəlzələ ilə hər hansı bir əlaqəsi yoxdur".



Lakin professor yaxın zamanlarda Aralıq dənizində gülcü zəlzələ gözləndiyini də qeyd edib. Onun sözlərinə görə, Aralıq dənizində son 6 ildə baş vermiş 5,4 və ya 5,3 bal gücündə zəlzələlər bir müddət sonra baş verəcək daha güclü zəlzələnin əlamətləridir. Övgün Ahmet Ercan bu böyük zəlzələ təxminən 25-30 kilometr dərinlikdə başverəcəyini qeyd edib. Zəlzələnin gücü 7 bal və hətta daha yüksək ola bilər.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR