Çay ağacı yağının nadir müalicəvi xüsusiyyətləri - RESEPTLƏR

Çay ağacı yağının nadir müalicəvi xüsusiyyətləri - RESEPTLƏR
23:52 27 Dekabr 2015
94 Sosial
Ölkə mətbuatı
A- A+

Bu ən tanınmış və effektli müalicəvi efir yağlarından biridir. Bu yağ müxtəlif kremlərin, losyonların, şampunların, dezodorantların, diş pastalarının tərkibinə daxil edilir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, elmi araşdırmalar nəticəsində sübut olunub ki, çay ağacı yağı güclü antiseptik xüsusiyyətlərə malikdir. Bundan əlavə çay ağacı yağı
- virus və iltihab əleyhinə təsiri edir,
- göbələk infeksiyalarını sağaldır,
- öskürək, qripp, angina, sinusitlər (haymorit, frontit) zamanı çox yaxşı müalicəvi təsir edir,
- yaraları, sıyrıntıları, yanıqları sağaldır,
- dəri xəstəlikləri, herpes səpgiləri, dəridə civzələr, ziyillərvə s. zamanı istifadə olunur,
- ağız boşluğu iltihabları, damaq xəstəlikləri zamanı istifadə olunur, kariyesin qarşısını alır,
- sinir sisteminə müsbət təsir edir - sakitləşdirir, stresi və gərginliyi azaldır,
- immun sistemini stimullaşdırır.
Öskürək, bronxit zamanı çay ağacı yağı ilə inhalyasiyalar edirlər. Belə inhalyasiyalar nəfəs yollarını selikdən təmizləyir, iltihabı azaldır, nəfəsalmanı asanlaşdırır. Enli qaba isti su tökün və suya 5 damcı çay ağacı yağını əlavə edin. Bu suyun buxarından nəfəs alın.
Ayaqlarda göbələk zamanı ayaq vannasına 7 damcı yağ əlavə edin. Belə vannaları 1 həftə ərzində hər gün edin.
Stress və gərginlik zamanı vannaya 10 damcı yağ əlavə edin və 10-15 dəqiqə ərzində vanna qəbul edin.
Dodaqlarda herpes zamanı yağı səpgilərin üzərinə çəkin.
Angina zamanı 1 stəkan ilıq suya 3-4 damcı çay ağacı yağını əlavə edin və boğazınızı qarqara edin.
Saçlarda kəpək zamanı çay ağacı yağını istifadə etdiyiniz şampuna əlavə edin (3 damcı yağ + adətən istifadə etdiyiniz şampun dozası) və saçlarınızı bu şampunla yuyun.
Kariyesin profilaktikası məqsədi ilə diş fırçasına diş məcunu çəkin, 1 damcı çay ağacı yağını əlavə edin və dişlərinizi fırçalayın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/393513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR