"Jeep"lə "Mercedes" toqquşdu, 3 bacı yaralandı - FOTO

"Jeep"lə "Mercedes" toqquşdu, 3 bacı yaralandı - FOTO
00:05 28 Dekabr 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun  Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Bərdə rayon sakini, 1964-cü il təvəllüdlü Ramiz Əvəz oğlu Əzizovun idarə etdiyi "Jeep" markalı, 09 BJ 700 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu Muxax kənd sakini, 1981-ci il təvəllüdlü Qüdrət İsa oğlu Orucovun idarə etdiyi "Mercedes" markalı 62 BK 173 dövlət nömrə nişanlı avtomobil toqquşub.
 
Qəzada "Mercedes"in sürücüsünün qızı, 2010-cu il təvəllüdlü Aysu Orucova və bacıları, 1983-cü il təvəllüdlü Nüşabə Kələşova ilə 1971-ci il təvəllüdlü Zemfira Orucova xəsarət alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Yaralılardan Zemfira Orucova qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin yardımdan sonra evə buraxılıblar.
 
Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/393524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR