Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Britaniyada daşqınlar: Xilasetmə əməliyyatlarında 500 əsgər cəlb edilib

Britaniyada daşqınlar: Xilasetmə əməliyyatlarında 500 əsgər cəlb edilib

Daşqınlar 72 can aldı (19 Mart 2017 01:29)
Peruda 62 nəfər ölüb (17 Mart 2017 08:17)
Peruda güclü daşqın: xeyli sayda ölən və itkin düşən var (17 Mart 2017 02:48)

Tarix: 28 Dekabr 2015 00:22

Bakı. 28 dekabr. REPORT.AZ/ Britaniyada xilasedicilər və ordu York şəhərində yüzlərlə insanı daşqından qurtarmağa çalışır.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Yorkda Ouse və Foss çaylarının yaxınlığındakı təxminən 3500 mülk su altında qala bilər.
İngiltərə, Uels və Şotlandiyada yüzlərlə daşqın xəbərdarlığı verilib, onlardan iyirmisinin "həyat riski" var.
Baş nazir Devid Kameron daşqınları "görünməmiş" adlandırıb.
Hökümət bu ərazilərə xilasetmə işlərinə yardım üçün əlavə 500 nəfərlik ordu göndərib.
400 əsgər isə bundan əvvəl Cumbria, Lancashire və Yorkshiredə xilasetmə işlərinə qoşulub.
Rəsmilər deyib ki, təkcə Yorkshiredəki xilasetmə işləri üçün 1500 nəfər lazım ola bilər.
Daşqınların səbəbi, həddən artıq yağıntının düşməsi nəticəsində çayların daşmasıdır.
Baş nazir Devid Kameron bazar ertəsi daşqından zərər çəkmiş ərazilərə səyahət etməlidir.

Teqlər:  Britaniyada daşqınlar Xilasetmə əməliyyatlarında 500 əsgər cəlb edilib



RƏYLƏR


Top xəbərlər