Azərbaycan Güləş Federasiyası ilin yekunlarına həsr olunmuş tədbir keçirib

Azərbaycan Güləş Federasiyası ilin yekunlarına həsr olunmuş tədbir keçirib
00:27 28 Dekabr 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı Biznes Mərkəzində Azərbaycan Güləş Federasiyasının (AGF) 2015-ci ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib. "Report"un məlumatına görə, təntənəli mərasimə federasiya rəsmiləri, idmançılar və məşqçilər qatılıblar.
AGF-nin baş katibi Əjdər Cəfərovun il ərzində əldə olunmuş nailiyyətlərlə bağlı çıxışından sonra mükafatlandırma başlanıb. Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Cəmşid Xeyrəbadi ilin məşqçisi sayılıb. Mükafatı ona federasiyanın vitse-prezidenti Cavanşir Qurbanov təqdim edib. Rəsul Çunayev yunan-Roma, Hacı Əliyev sərbəst, Mariya Stadnik isə qadın güləşi növlərində ilin ən yaxşı pəhləvanları seçiliblər. Mükafatları onlara müvafiq olaraq, olimpiya çempionları Fərid Mansurov, Namiq Abdullayev və baş katib Əjdər Cəfərov veriblər.
Nəhayət, Asif Şirəliyev ilin hakimi nominasiyasında mükafata layiq görülüb. Onu da Cavanşir Qurbanov təltif edib.
Sonda AGF-nin sərbəst güləş növü üzrə vitse-prezidenti Məhəmməd Əliömərov çıxış edərək, əldə olunan nailiyyətlərə görə federasiya prezidenti Fazil Məmmədovla I vitse-prezident Namiq Əliyevə minnətdarlıq edib. 


Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/azerbaycan-gules-federasiyasi-ilin-yekunlarina-hesr-olunmus-tedbiri-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR