Bərdədə 40 binanın dam örtüyü dəyişdirilib

02:23 28 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 28 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 mart 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Bərdə şəhərinin mənzil fonduna daxil olan çoxmənzilli binalar əsaslı təmir edilir.
Bərdə Mənzil Təmir İstismar Sahəsindən AZƏRTAC-a bildiriblər ki, şəhərin Heydər Əliyev prospekti, Gəncə, Nüşabə, Təbriz, Ü.Hacıbəyli, Koroğlu, S.Vurğun, E.Əsədov, S.Zöhrabbəyov, C.Məmmədquluzadə, H.Aslanov küçələrində olan 40 kommunal yaşayış binasının köhnə dam örtüyü müasir tipli metal örtüklə əvəz olunub. Binaların fasad hissəsi suvanıb və rənglənib.
Hazırda 16 binanın əsaslı təmiri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berdede_40_binanin_dam_ortuyu_deyisdirilib-914815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR