Neftin ucuzlaşması daha bir ölkəni iflasa sürükləyir

Neftin ucuzlaşması daha bir ölkəni iflasa sürükləyir
03:01 28 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Kral Abdullah ölümündən sonra yaşadığı qalmaqallarla problemlərdən xilas ola bilməyən Səudiyyə Ərəbistanı barədə növbəti şok iddia yayılıb. ANS PRESS-in məlumatına görə, Beynəlxalq Valyuta Fondu (BVF) bu ölkə barədə iflas proqnozunu açıqlayıb. Səudiyyə Ərəbistanının tezliklə iflas edəcəyini açıqlayan Fond, buna ilkin səbəb kimi neft qiymətlərinin sürətlə ucuzlaşmasını göstərib.

Məlumatda Səudiyyə Ərəbistanının hazırda 654.5 milyard dollarlıq valyuta ehtiyyatı olduğu, bu nəğdin gündən-günə əridiyi bildirilir. Həmçinin bildirilib ki, Səudiyyənin Pul Agentliyi ABŞ-da fəaliyyət göstərən fond birjalarından 70 milyard dollar pul götürüb.

Neftin ucuzlaşması isə Səudiyyə Ərəbistanına 73 milyard dollarlıq ziyan bahasına başa gəlib.

Gəlirlərinin 90%-ni neftdən əldə edən Səudiyyə Ərəbistanının yeni kralı Salman bin Abduləziz vəzifəyə yeni başladığı zaman xalqa 32 milyard dollar pul paylamışdı.

Neft zəngini olan ölkə 2015-ci ildə hərbi büdcəsi ilə Rusiyanı da geridə qoymuşdu. Səudların cari ildə bu sahəyə 80.8 milyard dollar xərclədikləri bildirilir. Həmçinin Səudiyyə Ərəbistanı hazırda cənub qonşusu Yəmənlə müharibə şəraitindədir.

Səudiyyə Ərəbistanı bu il Həcc mövsümündə minə yaxın zəvvarın ölümü ilə nəticələnən qəzalarla da dünya mətbuatının gündəminə gəlmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR