Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nüfuzlu yapon şirkəti satıla bilər

Nüfuzlu yapon şirkəti satıla bilər

Date: 28 December 2015 04:01

Tayvanın "HON HAI PRECISION INDUSTRY CO." Məhdud məsuliyyətli cəmiyyəti məişət elektronikası nəhəngi "SHARP" şirkətinə 2.5 milyard dollara yiyələnə bilər. ANS PRESS-in məlumatına görə, alqı-satqı müqaviləsinin baş tutması üçün Tayvan şirkətinin irəli sürdüyü əsas şərtlərdən biri gələcəkdə yapon konserninin bütün rəhbər heyətinin dəyişdirilməsidir.

Təklif olunan qiymət "SHARP"ın bazar dəyərindən 50 faiz çox olduğundan, müqavilənin reallaşacağı gözlənilir. Danışıqlar müsbət nəticə verərsə "HON HAI PRECISION INDUSTRY CO." yapon konsernin bütün borclarını da bağlamağı öhdəsinə götürüb. Cari ilin sentyabr ayına olan göstəricilərə görə, "SHARP"ın ümumi borcu 6.3 milyard dollara yaxındır.

Tags:  Nüfuzlu yapon şirkəti satıla bilər


RƏYLƏR


Top news