Məşhur qida firması Rusiyada zavodlarını bağlayır

Məşhur qida firması Rusiyada zavodlarını bağlayır
04:26 28 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın dünya şöhrətli süd və qida məhsulları istehsalçısı "Danone" Rusiyadakı 2 zavodunu bağlayır. Rusiyanın İzvestiya qəzetinə görə, Tomsk və Çebokrası şəhərlərindəki zavodların bağlanmasına səbəb, aşağı rentabellik, satış həcminin azalması və zavodların müasir texniki tələblərə cavab verməməsidir. Bütün bu amillər şirkətin yeni keyfiyyət standardları siyasətinə uyğun gəlmədiyindən, həmin müəssisələrə investisiyaların yatırılmasına lüzum görməyib.



Bağlanacaq Tomsk süd kombinatında və Çeboksar süd zavodundakı resurlsar "Danone"un Samara, Saransk və Kazandakı müəssiələrinə köçürüləcəyi nəzərdə tutulur. Fransa şirkəti bağlanacaq zavodların əməkdaşlarına Rusiya əmək məcəllləsinin tələblərindən daha yüksək kompensasiya verməyi vəd edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR