Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda dollar üçün növbələr (FOTO)

Bakıda dollar üçün növbələr (FOTO)

Date: 28 December 2015 04:51

- Manatın daha da ucuzlaşması, 1 ABŞ dollarının 2 manata qədər bahalaşacağı barədə paytaxt Bakıda yayılan məlumatlar sakinlərin valyutadəişmə məntəqələrinə axışmalarına səbəb olub. Dekabrın 27-də Bakıda əksər valyutadəyişmə məntəqələri ya ABŞ dolları satmaqdan imtina edib, ya da ümumiyyətlə işləməyiblər. İşləyən məntəqələrin qarşısında isə növbələr yaranıb.

Artıq paytaxtın bəzi yerlərində dollar üçün "qara bazar" - qeyri-rəsmi vayuta dəyişmə xidməti göstərən adamlar peyda olub və onlar 1 ABŞ dollarını 2 manata təklif edirlər.

Hələlik Mərkəzi Bankdan bir rəsmi açılama yoxdur. Amma dekabrın 28-də səhər saatlarından dolların bir qədər də bahalaşacağı barədə gözləntilər var. Mərkəzi Bank dekabrın 21-də "üzən məzənnə" rejiminə keçdiyini elan edib və həmin gün 1 dollar 1.55 manat olub. Bundan sonra müşahidəçilər manatın qarşıdakı günlərdə daha da dəyər itirəcəyini deyirdilər.

Dekabrın 27-də Bakıda Nərimanov rayonu ərazisindəki valyutadəyişmə məntəqələrindən birində axşam saatlarında gördüyümüz mənzərənin fotolarını təqdim edirik. Həmin məntəqəd məznnə 100 ABŞ dolları üçün 158 manat 40 qəpik idi:






Tags:  Bakıda dollar növbələr FOTO


RƏYLƏR


Top news