Rusiyada təyyarə texniki problemlərə görə havalimanına geri qayıdıb

Rusiyada təyyarə texniki problemlərə görə havalimanına geri qayıdıb
05:32 28 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Rusiyanın "Avrora" aviaşirkətinə məxsus "Airbus 319" tipli sərnişin təyyarəsi Vladivostok havalimanına geri qayıdıb.
"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, Vladivostok-Yujno-Saxalinsk marşrutu üzrə səfər edən təyyarədə havaya qalxdıqdan sonra yaranmış texniki nasazlıq səbəbindən qayıtmaq məcburiyyətində qalıb.
Təyyarənin kompyuter sistemində nasazlığın baş verdiyini bildirən "Avrora" nümayəndələri, sərnişinlərin təyyarəni dərhal tərk etdiyini deyiblər.
Məlumata əsasən, texniki problemlər artıq aradan qaldırılıb və reys bir neçə saatdan sonra başqa bir təyyarə ilə həyata keçirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/rusiyada-teyyare-texniki-problemlere-gore-havalimanina-geri-qayidib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR