Milli.Az "Korrida" salatının hazırlanma qaydasını təqdim edir
Tərkibi:
3-4 pomidor
2 diş sarımsaq
1 qutu krab çöpləri
mayonez
1 banka qarğıdalı konservi
200 q yumşaq pendir
suxarı
1-ci qat: pomidorları xırda kubik doğrayın, duz, sürtgəcdən keçirilmiş sarımsaq vurun. Pomidorun artıq şirəsini süzün. Pomidorları formaya düzüb üzərinə mayonez çəkin.
2-ci qat: krab çöplərini doğrayıb pomidorların üzərinə üzün, mayonez çəkin.
3-cü lay: qarğıdalı konservinin suyunu süzüb krab çöplərini üstündən döşəyin. Mayonez çəkin.
4-cü lay: pendiri sürtgəcdən keçirin, qarğıdalının üzərinə çəkin, mayonez vurun, suxarı səpin.
Nuş olsun!
Milli.Az