Suiqəsdçi qadın zərərsizləşdirildi

Suiqəsdçi qadın zərərsizləşdirildi
07:06 28 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə PKK terror təşkilatının üzvü olan, sui-qəsd hazırılığında olduğu güman olunan qadın polis tərəfindən zərərsizləşdirilib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə kürdlərin kompakt yaşadığı Mardin vilayətinin Derik rayonunda baş verib.

Rayon polis bölməsinin binasına daxil olmağa çalışan qadın polisin sayıqlığı nəticəsində ələ keçirilib. “Lilav” kod adlı qadın terrorçu əlində 2 əl qumbarası və 1 “Glock” markalı tapança ilə bölməyə daxil olub. Onun hərəkətlərin şübhələnən polis əməkdaşı qadın terrorçunun üstünə tullanaraq onu zərərsizləşdirib.

Təcridxanaya yerləşdirilən qadın terrorçu paltarındakı iplə intihara cəhd etsə də polis onun özünü öldürməsinin qarşısını alıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR