Dövlət telekom şirkətinin rəhbəri istintaqa cəlb olundu

Dövlət telekom şirkətinin rəhbəri istintaqa cəlb olundu
07:46 28 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Çinin ən iri dövlət mobil operatoru "Chine Telecom" şirkətinin rəhbəri Çanq Tsiobinq ölkənin anti-korrupsiya nəzarət qurumu tərəfindən istintaqa cəlb olunub. ANS PRESS-in məlumatına görə, Çanq yerli qanunvericiliyə əsasən ciddi intizam pozuntularında şübhəli bilinir. Çanq rəsmi Pekinin korrupsiyaya qarşı mübarizə çərçivəsində həbs etdiyi növbəti yüksək vəzifəli rəsmidir.

2014-cü ildə aparılmış anti - korrupsiya istintaqına 70-dən çox dövlət şirkətin ali rəsmiləri və vəzifəli şəxsləri cəlb olunub. Çin dövlət orqanları Çanqın konkret hansı ittihamlar üzrə istintaqa cəlb olunduğunu açıqlamasa da, onun digər mobil operator "Chine Unikom" şirkətinin rəhbəri olduğu dönəmdəki fəaliyyəti ilə bağlı olduğu bildirilir.

58 yaşlı Çanq bu ilin avqust ayında Çayna Telekom şirkətinin sədri seçilmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR