Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət şirkətinin rəhbəri tutuldu

Dövlət şirkətinin rəhbəri tutuldu

Date: 28 December 2015 07:57

Çinin ən iri dövlət mobil operatoru "China Telecom" şirkətinin rəhbəri Çanq Tsiobinq ölkənin anti-korrupsiya nəzarət qurumu tərəfindən istintaqa cəlb olunub.
Milli.Az anspress-ə istinadən bildirir ki, Çanq yerli qanunvericiliyə əsasən ciddi intizam pozuntularında şübhəli bilinir. Çanq rəsmi Pekinin korrupsiyaya qarşı mübarizə çərçivəsində həbs etdiyi növbəti yüksək vəzifəli rəsmidir.

2014-cü ildə aparılmış anti - korrupsiya istintaqına 70-dən çox dövlət şirkətin ali rəsmiləri və vəzifəli şəxsləri cəlb olunub. Çin dövlət orqanları Çanqın konkret hansı ittihamlar üzrə istintaqa cəlb olunduğunu açıqlamasa da, onun digər mobil operator "China Unikom" şirkətinin rəhbəri olduğu dönəmdəki fəaliyyəti ilə bağlı olduğu bildirilir.

58 yaşlı Çanq bu ilin avqust ayında "China Telecom" şirkətinin sədri seçilmişdi.
Milli.Az


Tags:  Dövlət şirkətinin rəhbəri tutuldu


RƏYLƏR


Top news