Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ucarda 11701 hektarda payızlıq taxıl əkilib

Date: 28 December 2015 08:08


Ucar, 28 dekabr, AZƏRTAC
Ucar rayonunda payızlıq taxıl əkini kampaniyası başa çatıb. Taxılçılar cari mövsümdə 11701 hektar sahədə səpin aparıblar. Bu da ötən ildəkindən 30 hektar çoxdur. Əkin sahələrinin 6713 hektarı buğda, qalanı isə arpadır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, builki əkin kampaniyasına 50-dək texnika cəlb olunub. Əksər ərazilərdə, xüsusən daha çox taxıl əkilən Yuxarı Şilyan, Bərgüşad, Alpout, Qaziyan və bir sıra digər ərazi vahidlərində səpin kampaniyası yüksək səviyyədə aparılıb.
Hazırda gəmiricilərə qarşı mübarizə tədbirlərinə başlanılıb. Dərmanlama mütəxəssislərin nəzarəti altında aparılır. Fermerlər dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunurlar. Qısa vaxtda 420 hektar sahədə dərmanlama işi aparılıb.

Tags:  Ucarda 11701 hektarda payızlıq taxıl əkilib


RƏYLƏR


Top news