Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur şirkət satıla bilər

Məşhur şirkət satıla bilər

Date: 28 December 2015 08:22

Tayvanın "HON HAI PRECISION INDUSTRY CO." Məhdud məsuliyyətli cəmiyyəti məişət elektronikası nəhəngi "SHARP" şirkətinə 2.5 milyard dollara yiyələnə bilər.
Milli.Az anspress-ə istinadən bildirir ki, alqı-satqı müqaviləsinin baş tutması üçün Tayvan şirkətinin irəli sürdüyü əsas şərtlərdən biri gələcəkdə yapon konserninin bütün rəhbər heyətinin dəyişdirilməsidir.

Təklif olunan qiymət "SHARP"ın bazar dəyərindən 50 faiz çox olduğundan, müqavilənin reallaşacağı gözlənilir. Danışıqlar müsbət nəticə verərsə "HON HAI PRECISION INDUSTRY CO." yapon konsernin bütün borclarını da bağlamağı öhdəsinə götürüb. Cari ilin sentyabr ayına olan göstəricilərə görə, "SHARP"ın ümumi borcu 6.3 milyard dollara yaxındır.
Milli.Az


Tags:  Məşhur şirkət satıla bilər


RƏYLƏR


Top news