Röyayla Özcan Dənizi nə birləşdirir?

Röyayla Özcan Dənizi nə birləşdirir?
09:42 28 Dekabr 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz müğənni Röyanın "Dostumsan, ya sevgilim" mahnısını lentə yazdıracaq. Hətta Özcan qatıldığı tədbirlərin birində mahnını canlı ifa edib.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu barədə mahnının müəllifi hacı Nazim "10lar" verlişində danışıb:

"Röyanın ifa etdiyi "Dostumsan, ya sevgilim" mahnısını Özcan Dəniz ifa etmək istəyir. Röyanın da bundan xəbəri var. Hətta Özcan özəl məclislərin birində ifa edərkən telefona da çəkiblər".

Röya isə mövzu ilə bağlı bunları danışdı: 

"Mənim üçün Özcan Dənizin mənim mahnımı oxuması xoşdur. Mən artıq orada varam. O da bilir, qoy oxusun. Bundan xəbərim yoxdur. Amma mahnıda sərhəd yoxdur. Tərbiyəylə edərlərsə, ürəyimi də verərəm. Nazim mahnının bəstəkarıdır. Onun haqqı var ki, mahnısı daha populyar olsun. Özcan Deniz o mahnını nə qər istəyir oxusun. Onsuz da, o mahnı mənimdir. Türkiyədə oxusun, amma Bakıda yox". 

Söhbət zamanı Nazim və Röyanın küsülü olduğu məlum olub. Tərəflər bu barədə danışıb.

Nazim: "Dost arası sözsüz olmaz. Küsülü olduğumuzu heç yerdə açıqlamamışam və heç kim də bilmir. İki ildən çoxdur ki, danışmırıq. Biz çox yaxın dost olmuşuq. Salamımız var, onu saxlamışıq".

Röya: "Heç bir problem yoxdur və Nazimi çox istəyirəm. Münasibətimiz yerinə oturacaq. Bir-birimizi görəndə görüşürük. Düşmən deyilik, mərdimazarlar olub".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR