"Heç vaxt kiminsə qapısına tövbəyə getməmişəm..."

"Heç vaxt kiminsə qapısına tövbəyə getməmişəm..."
09:57 28 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

"Heç vaxt salona getməmişəm..." - Ruhəngiz (30 Aprel 2017 12:22)

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli ilə müvəqqəti məskunlaşdıqları, 1887-ci ildə tikilmiş, qohum evi olan mənzil-qərargahda görüşdük. Deyir, yerində park salınan ərazidəki partiya qərargahından aparılan, yeri belə bilinməyən sənədlər və əmlak hələ də geri qaytarılmayıb.

Milli.Az musavat.com-a istinadən müsahibəni təqdim edir.

- Bütün əmlakımız, stol-stul, sənədlər, şəxsi əşyalar, eynəyim, Quran, kitablarım hamısı aparılıb. Vaxtilə aidiyyəti qurumlara müraciət etdim, nəticə olmadı. Ümid edirəm ki, dövlətimiz əmlakımızı da qaytaracaq, bizə qərargah da verəcək, hamısının əvəzi çıxacaq. Düzü, gözləntim var, hətta gözaltı elədiyim yerlər də var. Vaxtilə prezident köməkçisi Əli Həsənovla görüşdə bu məsələni qaldırmışdıq, söhbət olmuşdu ki, Torpaq Komitəsinin köhnə binasını bir neçə partiyaya vermək olar.

- Tahir bəy, əvvəlki qərargahlarınızda başınızın üstündə Məhəmməd Əmin Rəsulzadənin portreti asılardı, bu dəfə görmürəm...

- (Soldakı seyfin üstünü göstərir) Orda büstü durur. Bəzi həqiqətlər var ki, danışanda inanmayanlar da olur. Bizim qocaman bir məhkəmə işçisi var - Özbək Ağayev. O, həmişə  xatırlayırdı ki, Tahir 17 yaşında Ağsu Məhkəməsində iclas katibi işləyəndə deyərdi, balam, "26-lar" poemasında Rəsulzadə haqqında yazırlar e, bunlar kimdir, onlarla bağlı həqiqətləri ortaya çıxartmaq lazımdır. Yəni mən həmişə Rəsulzadə haqqında düşünmüşəm, o, mənimçün vazkeçilməz şəxsiyyət olub. Onun yeganə ayaqüstü heykəlini biz Ağsuda qoyduq. Düzdür, sənətkarlıq baxımından kamil deyildi, amma hər halda bizim istəyimiz idi. Ev tikmədik, maşın almadıq, saraylar ucaltmadıq, Rəsulzadəyə heykəl qoyduq.

- Həmkarlarınızdan biri Rəsulzadə haqqında həqarətli fikirlər söyləyəndə ona reaksiyanız necə oldu? Heç olmasa irad bildirdiniz?

- Düzü, onunla üz-üzə gəlmək istəmirəm. Əslində bir az da utanıram ki, bu adam deputatdır. Axı YAP rəhbərləri də heç vaxt Məhəmməd Əmin Rəsulzadə haqqında pis söz işlətməyiblər. Rəhmətlik Heydər Əliyev, ya İlham Əliyev fərmanlar verib. Hətta kadrlar var, Heydər Əliyev deyir niyə Rəsulzadənin şəkilləri yoxdur. İndi necə olur ki, deputat Rəsulzadəni təhqir edir? O, çox böyük mənəvi və siyasi cinayət edib. Gərək o, üzr istəyəydi. Elə bu gün də sizin qəzet vasitəsilə ona təklif edirəm, üzr istəsin! 

Mən 1992-ci ildə Türkiyədə səfərdə olan zaman konfransdan ayrıldım, gedib Rəsulzadənin məzarını ziyarət elədim. Ondan sonra gəlib onun nəşinin Bakıya gətirilməsi ilə bağlı ən yüksək səviyyədə məsələ qoydum. O vaxt çox ucuz idi, təqribən 1 milyon dollara başa gəlirdi. Rəhmətlik prezidentə (Elçibəyə-E.P.) məruzə etdim, alınmadı. Yeri gəlmişkən, o, mənim Türkiyənin Ali Məhkəməsinin 150 illiyində etdiyim çıxışları da bəyənmişdi. O zaman Atatürkçülük mövqeyindən çıxış etmişdim.

- Əbülfəz Elçibəyə hirsiniz, qəzəbiniz hələ ötüb-keçməyib, Tahir bəy?

- Yox.

- Niyə axı? Son dedikləriniz də etiraz doğurdu...

- Mən ona düşmən kimi baxmıram ki. Sadəcə olaraq arzularımız var idi. Görmək istədiyimiz, qurduğumuz hakimiyyət əldən getdi, yüz minlərlə bizə inanan insanların inamı qırıldı... Bu, məni çox ağrıtdı. Mən Əbülfəz bəyi, bilirsiniz nə təhər... Özü həyatda yoxdur... Bir dəfə ona demişdim ki, Əbülfəz bəy, 12 yaşından atasız olmuşam, ona görə də istədiyim adamı elə bilirəm ata qədər sevirəm. Demişdim səni də o qədər çox istəyirəm. Allah eləməsin ki, bu hissiyyatım ölə. Bir növ elə bil ki, ondan qisasımı alıram. Onu o qədər istəmişəm ki. Əbülfəz bəy İsmayıllıda qalanda mən qapının ağzında, taburetka üstündə otururdum ki, nə olursa, birinci mənə olsun. Deyirdim yumşaq yerdə oturaram, birdən yuxu tutar, yataram. O vaxt bizim Cavid (oğlu-E.P.) 2-ci sinfə gedirdi, hər dəfə Azərbaycanın himnini oxuyanda Əbülfəz bəy ayaq üstə qalxırdı, o anda elə bilirdim mənə "QAZ-24" bağışlayırlar. Cavidi öyrədirdik ki, get bir də oxu, qoy Bəy yenə ayağa qalxsın, ləzzət alırdıq (Gülür). Yəni biz belə müqəddəs hisslərlə yaşayırdıq. Özü də məni qınayırdılar ki, sən vəzifəli adamsan, hakimsən, niyə gedib qoşulursan. Yəni bütün bunlara görədir qəzəbim. Yoxsa iraq olsun, onu gözdən salmaq fikrim olmayıb, olmaz da.

- Amma indiyə qədər də Əbülfəz bəyin məzarını ziyarət etməmisiniz...

- Yox.

"Əbülfəz bəy İsmayıllıda qalanda mən qapının ağzında, taburetka üstündə otururdum ki, nə olsa, birinci mənə olsun"

- Niyə? Özünüz də deyirsiniz ki, böyük sevginiz olub?

- İçim çox istəyir, amma iradəm deyir "getmə!"

- Özünüzə əzab verirsiniz?

- Ola bilər sadizmdir. Ona o qədər inanmışam ki. Onun türkçülük, Vahid Azərbaycan ideyasına. Mən 22 yaşımda üzü Təbrizə dəfn olunmağım üçün qardaşlarıma vəsiyyətnamə yazan bir adam idim. O vaxt Xalq Cəbhəsinin nizamnnaməsinə Vahid Azərbaycan məsələsinin salınması barədə bizim İsmayıllı rayonunun konfransında xüsusi qərar çıxarılmışdı. Böyük inamımız var idi. İndi də danışanda ağrı çəkirəm.

- İllər sonra parlamentə getdiniz, 20 il əvvəlki ilə müqayisədə nələri müşahidə etdiniz?

- Zəngin dekorasiyası, normal şəraiti, hər deputatın özünün otağı, köməkçisi, cəmiyyətə baxanda yüksək maaşı var. Əvvəlkilərdən maddi təminatı çox-çox üstündür. Hələ tam öyrəşməmişəm. Amma Fərəc Quliyevlə yanaşı oturmağıma görə də bir balaca toxdaqlıq tapıram. Milli Azadlıq Hərəkatında bir yerdə iştirak etmişik. İki iclas olub, hər ikisinə qatılmışam, təkliflər vermişəm, sədr də Sədr Aparatına tapşırdı ki, Tahir Kərimlinin təkliflərini nəzərə alın. Mən populizm dalınca qaçan adam deyiləm. Bəziləri isə orda jurnalistlər olmasa, başqa cür danışarlar.

- Vaxtilə qohumlar tərəfindən təcrid olunduğunuzu deyirdiniz, müxalifətdə olduğunuz üçün. Hakimiyyət sizə "yaşıl işıq" yandırandan sonra həmin qohumlar yanınıza qayıtdımı?

- Təbii ki, indi daha məndən qorxmurlar (gülür). Çoxlu zənglər, xahişlər də olur. İnsanların çoxu kömək umur. Amma elələri də var ki, 20 ildir heç səsini eşitməmişəm, bəzilərini mən qorumuşam, yaxın getməmişəm ki, "yanarlar". Elələri də var ki, mənim hesabıma indi də yüksək vəzifədədirlər, amma məni axtarmayıblar. Yəni adi bir zəngə dəymədi? Biri var, vaxtilə Ali Məhkəmənin üzvü gətirmişəm, 4 il əvvəl "Mineralnıye vodı" aeroportunda rastlaşdıq, Hacıbaba Əzimov şahiddir, mənə salam vermədi. Halbuki artıq yumşalmışdım, elə radikal mövqeyim yox idi. Hacıbaba müəllim dedi gedib deyəcəyəm ki, bu kişi sənin bir salamına dəymədi? Dedim ay müəllim, məgər tək odu? Artıq 60 yaşım var, cəmiyyəti gördüm, tanıdım.

- Müxaliflə necə, bir daha yollarınız kəsişə bilərmi?

- İndi aktiv müxalifətçi yoxdur axı. Problemlərə yanaşanda gərək düşünəsən ki, ölkədə vəziyyətin yaxşılaşmasını arzulayırıq, yoxsa pisləşməsini? Pisləşməsi Suriya, ya İraq variantıdır da. Əgər biz vəziyyətə alternativ təklif etmiriksə, o halda istənilən təşəbbüs dağıtmaqla bağlı ola bilər. Deyək ki, biz radikal şəkildə bu iqtidardan nələrisə tələb etdik, yaxud dedik getsin. Alternativ güc olmalıdır axı. Bu gün alternativ yoxdur. Yəqin ki, köhnə dostlarımız bunu dərk edir. Ona görə də konstruktivlik lazımdır. Mütləq islahatlar yolunu  seçmək lazımdır. Məndə bu fəlsəfə var ki, gənclikdə inqilabçı, orta yaşda islahatçı, ahıl yaşda müvafizəkar olmayan insan aqil deyil. Yəni elə bir yaş dövrüdür ki, baxırsan, götür-qoy edirsən. Mən istərdim ki, yaxşılığa doğru gedək.

- Həbsdə olan insanlar var, onlara görə Qərbdən təzyiqlər gəlir. Bununla bağlı yanaşmanız necədir?

- Öz fikrimizi rəsmi şəxslərə də bildirmişik, onların azad olunmasını istəyirik, təbii ki. Avropa Şurasının təmsilçiləri ilə söhbətdə də açıq şəkildə demişəm ki, dövlət də insan kimidir, mənliyi var, təzyiq edəndə deyir filan addımı atsam, deyəcəklər qorxusundan elədi. Mən istərdim ki, Azərbaycan hakimiyyətinin ayrı-ayrı qolları ilə konstruktiv əməkdaşlıq olsun. Siz bir yandan deyirsiniz qanunsuz həbs etmisiniz, digər yandan deyirsiniz aç, burax. Axı, bunu icra hakimiyyəti tutmayıb ki, o da buraxsın. Yuxarı məhkəmənin qərarı dəyişə, yaxud prezident əfv edə, parlament amnistiya qərarı verə bilər. Yəni onlarla işləmək lazımdır, özü də təzyiq dili ilə yox.

- Yəni danışanda hətta deputat da olmaq olur, nəinki azadlığa çıxmaq...

- (gülürük) İndi siz belə deyirsiniz. Amma 1990-cı ildə xalqım məni deputat seçdi, özü də çox ciddi alternativlə. Amma biz Milli Məclisi yaradandan sonra avtomatik Ali Sovetin fəaliyyəti donduruldu. Biz donmuş deputat olduq. Əslində xalqın mənə verdiyi mandatı öz əlimizlə dondurduq. Amma indi xalqım məni seçib. Əgər indiki iqtidar bunu təsdiq edibsə, mən bundan imtinamı edim? Bu gün 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində istənilən 100 nəfər arasında sorğu keçirilsin, əgər 20-si desə ki, Tahir Kərimli yox, başqası seçilib, onda mən istefa verməyə hazıram.

- Bundan sonra necə, hakimiyyətlə dialoqun davam etdirilməsinin tərəfdarısınızmı?

- Təbii ki. Amma dialoq təklif  edənlərin içərisində eləsi də var ki, aqressiya nümayiş etdirmək istəyir. Ad çəkməyəcəyəm, amma bir partiya sədri var, deyir bu hakimiyyətin ömrü 1 ildən çox olmayacaq. Hansı ki, bu adam dialoqa gedənlərin içərisindədir. Daha burda səmimiyyət olmur. Belə iş pozanlar, qeyri-səmimiyyət olmasaydı, dialoqa gedənlər daha yaxşı ictimai-siyasi mövqeyə sahib olardılar.

- Hələ deputat maaşını almamısınız, eləmi?

- Yox, hələ maaş verilməyib. Eşitdiyimə görə, vergiləri çıxandan sonra 1400 manatdan aşağı olmalıdır.

"Bu adam alverçidir, mən heç vaxt kiminsə qapısına tövbəyə getməmişəm"

- Maaş almamış devalvasiya qərarı verildi...

- İndi xoşumuz gəlmir, amma Marksın gözəl bir sözü var, deyirdi ki, insan sosial varlıqdır, cəmiyyətdən kənarda yaşaya bilməz. Cəmiyyətin əhval-ruhiyyəsi istənilən vicdanı olan insana təsir edir və ürəyini ağrıdır. Bildiyimə görə, indinin özündə də manat ucuzlaşmaya meyillidir, ehtiyatlarımız əriyir. Ona görə də təcili tədbirlər görmək lazımdır.

- Konkret hansı tədbirləri təklif edirsiniz?

- Birinci növbədə inhisarçılığın qarşısı alınmalıdır, nəyin bahasına olursa-olsun. İndiyə qədər eləmisən, bundan sonra etmə, ölkə məhv olar! İnsanlara şərait yaratmaq lazımdır ki, məhsulunu sərbəst şəkildə gömrükdən çıxartsın, xaricdən istədiyini gətirsin. Bu, faktdır ki, Azərbaycan xalqı ticarəti yaxşı bacarır, sizi inandırıram, bir həftəyə, ölkədə bolluq və ucuzluq olar. 3 aya gətirilən malların hesabına kənd təsərrüfatında dönüş yaranar. Gömrüklə bağlı bəzi qərarları vermək, lisenziyaların ləğvi ilə bağlı prosesi davam etdirmək lazımdır. Paralel strukturlar aradan qaldırılmalıdır. İxrac malları ilə bağlı rüsumdan başqa bütün tələblər ləğv edilməlidir. Özünü xalqın gözündən salmış məmurlar var ki, dövlətə də düşmənçilik edir, prezidentə də. Bu insanlar ciddi korrupsiya mənbələridir. Həmin daşlaşmış məmurlar təcrid olunmalıdır. Bunlar ölkədə ədalətsizliyin təməlini qoyublar. Dünya Bankı Azərbaycanla saziş bağlayıb, müəyyən şərtlər var, buna gedib nəyin bahasına olursa-olsun ölkəmizə xarici investisiyaların gəlişini təmin etmək lazımdır.

- Tahir bəy, Hacı Əbdül deyir Tahir Kərimli tövbə elədi və ardınca deputat da oldu. Düzmü dedi?

- Düzünü deyim, onun dedikləri bir az ürəyimi incitdi. Mən ömrümdə bir dəfə onu götürüb rəhmətlik Hacı Cəbrayılın evinə, Nardarana aparmışam, barışığa. Demişəm, siz iki bakılısınız, barışın. Orda da dalaşıblar, alınmayıb. Ondan başqa, mən heç vaxt kiminsə qapısına tövbəyə getməmişəm. Deyirdi sən Ayaza qarşı çıxıbsan. Əslində Ayazı istəyən deyil ha. Bu adam alverçidir. Təsəvvür edin ki, Allah-Talanın Quranda hökm elədiyi "Tövbə" surəsi bu adam üçün alver vasitəsidir. Deyir ki, məni tutanda Tahir Kərimliyə ərizə yazırdım, cavab vermirdi, indi qisas alıram. Deməli, bu adam Allahdan qorxmur. O, müstəqil adam deyil, məni gözdən salmaq üçün onu öyrədirlər. Xüsusilə seçkilərdən sonra məni nəyin bahasına olursa-olsun cəmiyyətdə gözdən salmaq istəyirlər. Hətta tövbə etmiş olsaydım da, ancaq iyrənc adamlar bunu açıb deyə bilərdi. Müqəddəs bir işi şüar edərkən sən Allahdan qorxmursan?!

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ərəb ölkələrinin tələbi Qətərə təqdim olunub

23 İyun 2017 05:57

Ronaldu 14,7 mln. avro vergi ödəmək istəmir

23 İyun 2017 05:49

Bakıda qadın küçədə naməlum şəxslər tərəfindən döyüldü

23 İyun 2017 05:33

Ön planda qadın dodaqlarıdır - FOTO

23 İyun 2017 05:32

Ulduz futbolçuya 8 oyunluq cəza

23 İyun 2017 05:24

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 05:22

Qaraçuxurda gənc qız bıçaqlandı

23 İyun 2017 05:08

​Tülkülər barəsində bildiklərimiz və bilmədiklərimiz

23 İyun 2017 05:05

Rusiya və Türkiyə hərbçiləri İdlibə nəzarət edəcək

23 İyun 2017 05:04

Bakıda intihara cəhd hadisəsi baş verib

23 İyun 2017 05:02

Pirallahıda yük maşını yaşlı qadını vurdu

23 İyun 2017 04:43

Məşhur brendlərin fərqli görüntüləri - FOTO

23 İyun 2017 04:32

Şimali Koreya yenə raket buraxdı

23 İyun 2017 04:23

Əri tərəfindən döyülən qadın kəllə-beyin travması alıb -

23 İyun 2017 04:15

Moskva və Vaşinqton yeni sanksiyaları müzakirə etdi

23 İyun 2017 04:14

Benzinin əvəzləyicisi tapıldı

23 İyun 2017 04:09

Polşaya məxsus hərbi vertolyot İtaliyada qəzaya uğrayıb

23 İyun 2017 04:07

BMT-dən qeyri-adi hesabat:

23 İyun 2017 03:53

QHT-lərə Dövlət Dəstəyi Şurası Balakən və Zaqatalada seminar keçirib (FOTO)

23 İyun 2017 03:50

Xaçmaz sakinlərinin su problemi - Heyvanlarla insanlar eyni yerdən su içir - FOTO/VİDEO

23 İyun 2017 03:48

Rəssam yumurtlayan toyuq oldu - FOTO

23 İyun 2017 03:32

Mayk Pens: Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb

23 İyun 2017 03:29

Bakıda mənzilə basqın: 1 nəfər öldürülüb, 2 nəfər yaralanıb

23 İyun 2017 03:14

Qadını TIR vurdu

23 İyun 2017 02:39

Astroloji proqnoz -

23 İyun 2017 02:33

Gecənin kulrnar vəhşəti - FOTO

23 İyun 2017 02:32

Bakıda işdən evə qayıdan qadın küçədə naməlum şəxslər tərəfindən döyülüb

23 İyun 2017 02:22

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 02:22

Pirallahıda yük maşını yaşlı qadını vurub

23 İyun 2017 02:12

Rusiyaya tərəvəz daşıyan yük maşını qəza törətdi - FOTO/VİDEO

23 İyun 2017 02:08

Bakının məşhur restoranında bıçaqlanma hadisəsi baş verib

23 İyun 2017 02:02

Bakıda ər arvadını xəstəxanalıq etdi

23 İyun 2017 01:59

Dərman alarkən diqqətli olun!

23 İyun 2017 01:57

Bakıda DƏHŞƏTLİ QƏTL: Məşuqəsini ürəyindən vurdu, ana və oğulu da bıçaqladı

23 İyun 2017 01:38

Şimali Koreya ballistik raket üçün yeni mühərriki test edib

23 İyun 2017 01:38

Daşkəsəndə marixuana satmaq istəyən müəllim saxlanıldı

23 İyun 2017 01:34

Qaraçuxurda gənc qız bıçaqlanıb

23 İyun 2017 01:32

Sidney çimərliyində ev - FOTO

23 İyun 2017 01:32

Azərbaycanın Çexiyadakı Səfirliyində İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun toplantısı və iftar yeməyi təşkil edilib (FOTO)

23 İyun 2017 01:29

Yük maşını avtobusa çırpıldı: 21 ölü, 22 yaralı

23 İyun 2017 01:24

Bakıda məşuqəsini qətlə yetirən şəxs daha iki nəfəri ağır yaralayıb

23 İyun 2017 01:22

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

23 İyun 2017 01:08

"İqtisadiyyatda kasıb insanları görmək istəmirəm" -

23 İyun 2017 01:07

KXDR qitələrarası raket mühərrikini sınaqdan keçirdi

23 İyun 2017 00:59

Azərbaycanda İLK DƏFƏ: Görmə əngəlli insanlarla gözlərini paylaşırlar

23 İyun 2017 00:53

Bakıda 4 otaqlı evdə yanğın olub

23 İyun 2017 00:50

Daşkəsəndə qarmon müəllimi marixuana satarkən saxlanılıb

23 İyun 2017 00:47

Suraxanıda ev yandı

23 İyun 2017 00:44

Bakıda 4 otaqlı evdə yanğın baş verib

23 İyun 2017 00:44

Məhkumlara pizza qonaqlığı

23 İyun 2017 00:33