Əfqan mühacidlər İŞİD-çiləri edam etdilər - FOTO

Əfqan mühacidlər İŞİD-çiləri edam etdilər - FOTO
10:12 28 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstan parlamentinin Nümayəndələr Məclisinin sədr müavini Hacı Zahir Kədirin tərəfdarları İŞİD-in 4 terrorçusunun başını kəsiblər.

Edam Əfqanıstanın Nanqarhar vilayətində gerçəkləşdirilib.

Milli.Az Pajhwok-a istinadən bildirir ki, mücahidlər İŞİD terrorçularının edam videosunu yayıblar.

"Müharibədə kimsə halva paylamır, Müharibədə ya sən öldürürsən, ya səni öldürürlər", - Hacı Zahir Qədir deyib.

Nənqarhar vilayətindəki Açin bölgəsinin qubernatoru Hacı Qalib Mücahidin dediyinə görə, Qədirin adamları İŞİD-in 4 mənsubunu tutandan sonra onların başlarını bədənlərindən ayırıblar və cəsədləri yolda qoyublar.

İŞİD Əfqanıstanın şərqində, Pakistanla sərhədin yaxınlığındakı vilayətlərdə "İslam Xilafətinin vilayəti"ni yaratmaq istəyir.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR