​Vergi bəyannəmələrinin yeni formaları təsdiq edilib

​Vergi bəyannəmələrinin yeni formaları təsdiq edilib
10:12 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar, “Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”, “İdman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi”, “Sadələşdirilmiş vergi bəyannaməsi”, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”, onların əlavələri və tərtib olunma qaydaları təsdiq edilib. Bu barədə "Report"a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.
Məlumata görə, “Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək haqqında” və “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” məlumat formaları da təsdiq edilib.
Bu sənədlərlə Vergilər Nazirliyinin rəsmi internet səhifəsində və “Vergilər” qəzetinin növbəti sayında tanış olmaq mümkündür.
Qeyd edək ki, Vergilər Nazirliyi tərəfindən təsdiq edilən normativ-hüquqi sənədlərə müvafiq dəyişikliklər və əlavələr Azərbaycan Prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə» qanunun tətbiqi ilə əlaqədardır.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/vergi-beyannemelerinin-yeni-formalari-tesdiq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR