Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ Ömər Şişanini ələ keçirdi

ABŞ Ömər Şişanini ələ keçirdi

Date: 28 December 2015 10:34

İraqın Kərkük vilayətində ABŞ-ın xüsusi təyinatlı hərbçiləri İŞİD terrorçu qruplaşmasının başçılarından biri olan Abu Ömər əş-Şişanini sağ tutublar.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, xüsusi təyinatlılar əməliyyat zamanı həmçinin İŞİD-in iki səhra komandirini saxlayıblar və daha 7 döyüşçünü zərərsizləşdiriblər. Sağ tutulan hər 3 İŞİD döyüşçüsü İraqın şimal-şərqindəki Süleymaniyə şəhərinə aparılıb. 

 

Qeyd edək ki, əsl adı Tarxan Batiraşvili olan 29 yaşlı əş-Şişani Gürcüstanın Pankisi dərəsində anadan olub. Gürcüstan ordusunda hərbi xidmət keçib. 2012-ci ildə Türkiyə ərazisindən Suriyaya gedərək, İŞİD tərkibində döyüşüb və terrorçu qruplaşmanın liderlərindən birinə çevrilib. Bu ilin yayında önun öldürüldüyü barədə xəbər yayılıb. 


Tags:  ABŞ Ömər Şişanini ələ keçirdi

RƏYLƏR


Top news