İlhamə Quliyeva neçə il yaşayacağını açıqladı

İlhamə Quliyeva neçə il yaşayacağını açıqladı
10:44 28 Dekabr 2015
63 Şou
Ölkə mətbuatı
A- A+

 

Xəstəxanadan evə buraxılan xalq artisti İlhamə Quliyeva səhhətindən danışıb. Lent.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən xalq artisti səhhətinin pisləşməsinin əsas səbəbkarının keçmiş köməkçisi olduğunu deyib: 


“Biz canlı insanlarıq, dəmirdən deyilik. Allah mərdimazara lənət etsin! Böyrəyimin biri sıradan çıxmışdı. Həkimim məni yaşatdı. Şükür olsun, böyrəyim bərpa olunub. Evimdə il yarım əzrayıl saxlamışam, sinəmdə ilan bəsləmişəm. İl yarım çörəyimi yeyib, evimdən oğurluq edib. Başıma sədəqə olsun, razıyam ki, belə qurtarmışam. O qulluqçu demişdi ki, “zaman gələcək, mən İlhamə olacağam”. Elə bilirdi, mənim evim onun əlinə keçsə, İlhamə olacaq. Oğru, dələduz, cadu xəstəsidir”. 


İ.Quliyeva onu da əlavə edib ki, bütün bu işləri sifariş edən tanınmış bir şəxsdir: “Həmin adam tək deyil. O savadsız qulluqçudan belə işlər çıxmaz. Sadəcə, onu buraxıblar qabağa. Mən çox yaxşı bilirəm, bir vəhşi qadın onun-bunun evini talamaqla, var-dövlətini talamaqla reketlik edir”. 



Xalq artisti sonda onu da deyib ki, hələ 40 il yaşayacaq: “Mən yaşamasam günahdır. Çünki mənə lazımi qədər hörmət, diqqət var. Ona görə də, mən yaşamalıyam. Məni çox istəyirlər, ölüb getsəm, onlar mənsiz darıxar. Amma mən ölməyəcəyəm, hələ 40 il, yəni 105 yaşınadək yaşayacağam. Bəlkə də çox, kim bilir?! Hiss edirəm ki, hələ də yaşamaq lazımdır. Məni istəməyənlər ürəklərində məndən ötrü ölürlər, canları çıxır”. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR