Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əhalini İŞİD-ə qoşulmağa çağıran azərbaycanlı qadınlar barəsində cinayət işi başlandı

Əhalini İŞİD-ə qoşulmağa çağıran azərbaycanlı qadınlar barəsində cinayət işi başlandı

Date: 28 December 2015 10:47

Rusiya hüquq-mühafizə orqanları İŞİD-ə qoşulduğu üçün Kemerovo vilayətinin biri azərbaycanlı olan iki qadın sakininə qarşı cinayət işi başlayıb.

APA-nın "Komsomolskaya Pravda"ya istinadən verdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidmətinin açıqlamasında hazırda Suriya ərazisində yaşayan qadınların internet vasitəsi ilə Kemerovo vilayətinin sakinlərini İŞİD-ə qoşulmağa çağırdıqları bildirilir. Kemerovo şəhərinin 26 yaşlı azərbaycanlı sakini və 25 yaşlı Novokuznetsk şəhər sakini yerli sakinləri İŞİD-in nəzarətində olan ərazilərə getməyə razı salmağa çalışıblar.

Təqsirləndirilən şəxsləri 10 il müddətinə azadlıqdan məhrum edilmə və təxminən 7 min dollar cərimə gözləyir.

Milli.Az


Tags:  Əhalini İŞİD-ə qoşulmağa çağıran azərbaycanlı qadınlar barəsində cinayət işi başlandı


RƏYLƏR


Top news