"İnter"in yeni prezidenti Beynəlxalq Bankdan çıxarıldı

"İnter"in yeni prezidenti Beynəlxalq Bankdan çıxarıldı
10:47 28 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin direktoru Rəşad Qasımov işdən çıxıb. Hələlik bu vəzifəyə təyinat aparılmayıb.
 
Dekabrın 24-də "İnter” futbol klubunun Müşahidə Şurasının iclasında R. Qasımovun klubun prezidenti təyin edilməsi barədə qərar qəbul edilib.
 
Qeyd edək ki, R. Qasımov 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının Mühasibat uçotu və nəzarət departamenti direktoru vəzifəsində çalışır.
 
O, 2000-2011-ci illərdə bankın Maliyyə menecmenti, Mərkəzi xəzinədarlıq, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə işləyib.
 
1999-2000-ci illərdə Aqrar-Qafqaz şirkəti, Middle Eastern Textiles şirkətlərində çalışıb. 1994-1999 Gəncə zona hesablaşma kassa mərkəzində müxtəlif vəzifələrdə işləyib.
 
Qasımov Rəşad Müzəffər oğlu 29 iyun 1977-ci ildə anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb.(APA)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquotin-yeni-prezidenti-beynlxalq-bankdan-cxarld-t46464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR