Nardaranda 18 metr enində yol çəkilir

Nardaranda 18 metr enində yol çəkilir
10:49 28 Dekabr 2015
40 Sosial
Ölkə mətbuatı
A- A+

Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən qəsəbənin mərkəzi küçələrində təmir-tikinti işləri davam etdirilir.

 

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidənqurulması işləri aparılır. Yenidən qurulan küçənin uzunluğu 2220 metr, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işləri aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir.

Bundan başqa, paralel olaraq küçə boyu yeraltı kommunikasiya xətlərinin (su, qaz, kanalizasiya) çəkilişi ilə məşğul olan qurumlar da öz işlərini aparır.

 

Məlumatda deyilir ki, Abşeron küçəsinin yenidənqurulması layihəsinə uyğun olaraq nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların da rahatlığı nəzərə alınaraq hər iki istiqamət üzrə yolun kənarlarında 1,25 metr enində səkilər tikiləcək, 4500 paqon-metr səki daşı düzüləcək. 40 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.

 

Anoloji işlərin qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Bu küçənin uzunluğu 780 metr, ortalama eni isə 6 metrdir. Bu küçənin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır. Layihəyə uyğun olaraq küçə hər biri 3 metr enində olmaqla, 4 hərəkət zolağından ibarət olacaq.

 

Əlavə olaraq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə yolun kənarlarında 1 metrnində səkilər tikiləcək, 1500 paqon-metr səki daşı düzüləcək. 11 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.

        

 






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR