Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rauf Mirqədirova bu gün hökm oxunacaq

Rauf Mirqədirova bu gün hökm oxunacaq

Date: 28 December 2015 10:52

Həbsdə olan jurnalist Rauf Mirqədirova bu gün  hökm oxunacaq.

APA-nın məlumatına görə, R.Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi bu gün saat 11:00-a təyin edilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, dekabrın 25-də keçirilən proses zamanı R.Mirqədirov son söz deyib. O, ittiham üzrə özünü təqsirli bilmədiyini bildirib və məhkəmədən bəraət istəyib.

Bundan sonra hakimlər müşavirəyə gediblər.

Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R.Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Milli.Az


Tags:  Rauf Mirqədirova bu gün hökm oxunacaq


RƏYLƏR


Top news