Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BANM-də “İlin gənc tədqiqatçısı” müsabiqəsi keçiriləcək

BANM-də “İlin gənc tədqiqatçısı” müsabiqəsi keçiriləcək

Date: 28 December 2015 10:53

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) 2016-cı ildən başlayaraq tələbələr arasında hər il “İlin gənc tədqiqatçısı” müsabiqəsi keçiriləcək. Bu barədə BANM-in rəhbərliyi tərəfindən əmr imzalanıb və müsabiqənin təşkili ilə əlaqədar müvafiq əsasnamə təsdiq edilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “İlin gənc təqdiqatçısı” müsabiqəsi ildən-ilə elmi fəaliyyətə qoşulan tələbələrin sayının artdığını nəzərə alaraq onların elmi fəaliyyətinin keyfiyyət göstəricilərini yüksəltmək və motivasiyasını gücləndirmək məqsədilə həyata keçiriləcək.

Qeyd edək ki, hər tədris ilində elmi işə həvəs göstərən tələbələr Tələbə Elmi Cəmiyyəti xətti ilə planlı şəkildə müəllimlərdən tapşırıqlar alır, araşdırmalar aparır, nəticələri ənənəvi illik elmi-texniki konfranslarda məruzə edirlər. Sonda isə onların məruzələrinin tezisləri toplu şəkildə nəşr olunur.

Hal-hazırda BANM-də mütəxəssis hazırlığı həyata keçirən kafedralar tərəfindən müsabiqənin təşkilinə dair müvafiq tədbirlər həyata keçirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  BANM-də İlin gənc tədqiqatçısı müsabiqəsi keçiriləcək

RƏYLƏR


Top news