Bolqarıstanın türk əsilli deputatı Rusiyanı müdafiə etmədiyi üçün partiya sədrliyindən uzaqlaşdırılıb

Bolqarıstanın türk əsilli deputatı Rusiyanı müdafiə etmədiyi üçün partiya sədrliyindən uzaqlaşdırılıb
11:07 28 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ "Bir neçə saatlığına Türkiyə səfirliyinə sığındım. Bolqarıstandakı hər bir siyasətçinin öz təhlükəsizliyini qorumaq haqqı var".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Bolqarıstan parlamentinin türk əsilli deputatı, Haqq və Azadlıq Hərəkatı Partiyasının baş katibi Lütfi Məstan bilidirib.
Məlumata görə, o, Bolqarıstan parlamentində Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulmasına haqq qazandıran bəyanat oxuyub.
Partiyanın fəxri sədri Əhməd Doğan isə L.Məstanın bu hərəkətinə etiraz edib. Ə.Doğan səlahiyyəti çatmadığı halda partiyanın rəhbərliyini toplayaraq, L.Məstanı partiya sədrliyindən və sıralarından uzaqlaşdırılmasına nail olub.
Baş verənlərdən sonra L.Məstan ailəsi və birlikdə Türkiyənin Sofiyadakı səfirliyinə sığınıb.
Xatırladaq ki, 2008-ci ildə Haqq və Azadlıq Hərəkatı Partiyası sədrinin mətbuat katibi Əhməd Emin də müəmmalı şəkildə intihar edib. L.Məstanın xanımı və uşaqları ilə birlikdə səfirliyə sığınmasını onun da belə ölümdən ehtiyatlanması ilə əlaqələndirirlər.
Bolqarıstan parlamentinin deputatları Hüseyn Hafizov, Şabanalı Əhməd və Aydoğan Ali L.Məstanın haqlarını müdafiə edəcəklərini bildiriblər.
Türkiyənin baş naziri Əhməd Davudoğlu bolqar həmkarı Boyko Borisova zəng edərək, Haqq və Azadlıq Partiyasında baş verənlərlə bağlı müzakirələr aparıb, hadisələrdə L.Məstanın dəstəkləməsini istəsə də B.Borisov heç kimin tərəfini tutmayacağını bildirib.
Xəbərə əsasən, Əhməd Doğan keçmişdə Bolqarıstan xüsusi xidmət orqanlarına casusluq edib və Rusiyayönlüdür.
L.Məstan isə deyib ki, ən çətin zamanlarda Əhməd Doğanı müdafiə edib: "Partiyaya 19 il xidmətdən sonra Mərkəzi Şuraya dəvət edilmədən barəmdə belə bir qərar qəbul olunub".
Parlamentdə oxuduğu bəyanatda Rusiyanın qanunu pozan təyyarəsinin vurulmasında Türkiyəni dəstəkləyən Lütfi Məstan bildirib: "Başımın kəsiləcəyini bilsəydim belə, də yenə bəyənatı oxuyacaqdım".

Xəbərin orijinal ünvanı: http://report.az/region/bolqaristanin-turk-esilli-deputati-rusiyani-mudafie-etmediyi-ucun-partiya-sedrliyinden-uzaqlasdirili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR