Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Aktau limanında yaranan sıxlıq aradan qaldırılıb

Aktau limanında yaranan sıxlıq aradan qaldırılıb

Məktəbdə yaranan sıxlıq iki şagirdin həyatına son qoydu (22 Mart 2017 09:43)
BNA: Bakıda nəqliyyat vasitələrinin hərəkətində müşahidə edilən sıxlıq aradan qaldırılıb (17 Fevral 2017 12:37)
Yollardakı sıxlıq aradan qaldırılıb - RƏSMİ (17 Fevral 2017 12:29)

Tarix: 28 Dekabr 2015 11:08


Bakı, 28 dekabr, AZƏRTAC
Qazaxıstanın Aktau limanında yaranan sıxlıq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyinin ehtiyatda olan bərələrin istismara qaytarılması barədə qərarı ilə aradan qalxıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, son günlərdə Qazaxıstanın Aktau limanında yığılan yük avtomobillərinin hamısı QSC-nin gəmiləri ilə Bakıya gətirilib. Dekabrın 27-nə olan məlumata görə hazırda Aktauda cəmi 8 yük maşını var ki, onlar da növbəti bərə ilə yola salınacaqlar.
Bakı limanına gəldikdə isə, yenicə istismara verilmiş “Professor Gül” bərəsi 30 yük maşını götürərək, Aktauya yola düşüb. Daha sonra 2 gəmi – “Bəstəkar Fikrət Əmirov” Ro-Ro gəmisi və “Akademik Həsən Əliyev” bərəsi Qazaxıstana doğru istiqamət alıb. Bununla da 3 əlavə reys ilə Bakıdan Aktauya 100-ə yaxın yük avtomobili daşınıb və Bakı limanında da sıxlığın əsas hissəsi aradan qaldırılıb.
Eyni zamanda Qazaxıstandan gələn “Azərbaycan” bərəsi Bakıya çatıb və bortuna daha 33 yük maşını qəbul edərək, Aktauya yola düşüb.
Qeyd olunan gəmilərin hamısı qrafikdə nəzərdə tutulandan əlavə olaraq reysə göndərilir və Bakı limanında sıxlığın tam aradan qaldırılması istiqamətində Gəmiçilik rəhbərliyi tərəfindən görülən tədbirlər davam etdirilir.

Teqlər:  Aktau limanında yaranan sıxlıq aradan qaldırılıb



RƏYLƏR


Top xəbərlər