"İnter"ə prezident təyin olundu, Beynəlxalq Bankdan işdən çıxdı

"İnter"ə prezident təyin olundu, Beynəlxalq Bankdan işdən çıxdı
11:12 28 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin direktoru Rəşad Qasımov işdən çıxıb.

APA-nın məlumatına görə, hələlik bu vəzifəyə təyinat aparılmayıb.

Xatırladaq ki, dekabrın 24-də "İnter" futbol klubunun Müşahidə Şurasının iclasında R.Qasımovun klubun prezidenti təyin edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, R.Qasımov 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının Mühasibat uçotu və nəzarət departamenti direktoru vəzifəsində çalışır.

O, 2000-2011-ci illərdə bankın Maliyyə menecmenti, Mərkəzi xəzinədarlıq, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə işləyib.

1999-2000-ci illərdə Aqrar-Qafqaz şirkəti, Middle Eastern Textiles şirkətlərində çalışıb. 1994-1999 Gəncə zona hesablaşma kassa mərkəzində müxtəlif vəzifələrdə işləyib.

Qasımov Rəşad Müzəffər oğlu 29 iyun 1977-ci ildə anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR