Mübariz Əhmədoğlu: Bern görüşü ABŞ-ın nakam arzusunu və Vigen Sərkisyanı aşkarladı

Mübariz Əhmədoğlu: Bern görüşü ABŞ-ın nakam arzusunu və Vigen Sərkisyanı aşkarladı
11:13 28 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Prezidentlərin Bern görüşü Kazan görüşü qədər hay-küylü görüş oldu. Kazan görüşündə ajiotaj görüşdən əvvəl yaranmışdı. Berndə isə görüşdən əvvəl başlanan ajiotaj eyni qaydada görüşdən sonra da davam edib.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, Ermənistan prezidenti S.Sərkisyan KTMT-nin Moskvada keçirilən sammitində çıxış edərkən xüsusi olaraq diqqətə çatdırdı ki, Dağlıq Qarabağ münaqişəsi regionunda, yəni həm qoşunların təmas xəttində, həm də Ermənistan-Azərbaycan sərhəddində hərbi insidentlər həm say, həm də dərəcə baxımından şiddətlənib: "S.Sərkisyanın fikrincə, günahkar Azərbaycandır və çox güman ki, Azərbaycan vəziyyəti gərginləşdirmək təlimatını kənardan, yəni Türkiyədən alır. Türkiyə raketləri ilə atəş açır. Ermənistan ərazisinə açılan hər bir atəş eyni zamanda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və RF-in ərazisinə atılır. NATO üzvləri necə bir-birini müdafiə edirlərsə, KTMT üzvləri o qaydada da bir-birilərini müdafiə etməlidirlər".

Politoloq deyib ki, amma S.Sərkisyan NATO ilə əməkdaşlıq naminə KTMT-nin qərarlarını rəsmən inkar etdiyini yada salmadı: "Özü unutduğu üçün elə başa düşdü ki, RF də Ermənistanın NATO ilə antirusiya əməkdaşlığını unudub. Həm də S.Sərkisyan unutdu ki, KTMT üzvlərinin hamısı ayrı-ayrılıqda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirlər".

M.Əhmədoğlu qeyd edib ki, Bern görüşünün ən böyük hadisəsi Vigen Sərkisyanın “kəşf edilməsidir”: "Ermənistan Prezident Administrasiyasının rəhbəri Vigen Sərkisyan Bern görüşünə verdiyi şərhdən sonra aydın oldu ki, o, Ermənistanda yalançılıqda yeni kasta yaratdı. İkiqat agent olan V.Sərkisyan həm də ən intellektual yalançı imiş. Vigen Sərkisyan “erməni soyqırımının” 100 illiyinin qeyd olunmasının təşkilat komitəsinin rəhbəri idi. Üç illik hazırlıqdan sonra cəmi üç ölkənin prezidentinin iştirakı ilə keçirilən 100 illiyi çox böyük qələbə adlandırdı. “Doğu Perinçək İsveçrəyə qarşı” məhkəmə qərarını Ermənistanın tam qələbəsi adlandırdı. Amma sonradan hətta hakimiyyətin yaxın ekspertləri də Avropa İnsan hüquqları məhkəməsinin adı çəkilən qərarını böyük rüsvayçılıq adlandırdılar".

Mərkəz rəhbəri sonra bildirib ki, Ermənistanın AŞPA-dakı fəaliyyətinin də kuratoru Vigen Sərkisyandır: "V.Sərkisyan qələbə çala-çala Ermənistan uduzur. Amma onun ən böyük yalanı Bern görüşü ilə bağlıdır. Guya Bern görüşündə prezidentlər Kazan görüşündə (iyun 2011) yarımçıq olan məsələlərin müzakirəsini davam etdiriblər. Kazan görüşünün məqsədi Madrid prinsipləri ilə Yenilənmiş Madrid prinsiplərini ortaq məxrəcə gətirmək idi. Madrid prinsiplərinin birinci maddəsi regiona sülhməramlı qüvvələrin yerləşdirilməsi idi. İkinci addım Laçın və Kəlbəcər istisna olmaqla beş ətraf rayonun Azərbaycana qaytarılmasından ibarət idi. Dağlıq Qarabağın statusu yalnız referendumla müəyyənləşməli idi".

Politoloq deyib ki, Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın de-fakto hakimiyyəti tənzimləmə prosesində iştirak etməli idi: "Yenilənmiş Madrid prinsiplərində birinci maddə Dağlıq Qarabağ ətrafındakı bütün rayonların (Laçın və Kəlbəcər də daxil olmaqla) Azərbaycana qaytarılmasından ibarətdir. Referendum məcburi deyil. İctimai rəy sorğusu da referendumu əvəzləyə bilər. De-fakto Dağlıq Qarabağ hakimiyyətin adı sənəddə yoxdur. Əlavə də çox fərq var. Ermənistan 2007-ci ildə qəbul edilmiş, 2008-ci ilin noyabrında həmsədr ölkə Xarici işlər nazirləri tərəfindən tərəflərə təqdim olunmuş Madrid Prinsiplərini qəbul etdi. Azərbaycan qəbul etmədi. Bir neçə aydan sonra, 2009-cu ilin iyulun 10-da İtaliyanın Akvil şəhərində Həmsədr ölkə prezidentləri Madrid Prinsiplərinin Yenilənmiş variantını qəbul etdilər. Azərbaycan bunu tənzimləmə üçün əsas kimi qəbul etdi. Ermənistan qəbul etmədi. Kazan görüşünün məqsədi Madrid prinsipləri ilə Yenilənmiş Madrid prinsiplərini ortaq məxrəcə gətirmək mümkün olmadı. Tədbirə ev sahibliyini edən RF XİN son anda bəzi məsələləri ermənilərin xeyrinə dəyişdi. Azərbaycan 10 dəyişiklik irəli sürdü. Ermənistan prezidentlərin görüşündən imtina etdi. Görüşün davam etməsi üçün 10 dəyişikliyin geri çağırılmasını şərt kimi irəli sürdü. Azərbaycan bunu etmədi. Bir müddət fasilədən sonra prezidentlərin görüşü davam etdi. Orada da əlavə məsələlər var. Sonra inşallah..."

M.Əhmədoğlu bildirib ki, indi danışıq müstəvisində Yenilənmiş Madrid Prinsiplərindən başqa sənəd və ya variant yoxdur: "Ermənistan məcburi-könüllü qaydada bu sənədi danışıqlar üçün əsas kimi qəbul edib. Ola bilər V.Sərkisyan prezident S.Sərkisyanı sabotaj edir, ələ salır. Çünki Kazan görüşündən sonra Ermənistan tərəfi rəsmi şəkildə bəyan etdi ki, Azərbaycan Kazan görüşündə irəli sürdüyü 10 şərti geri çəkməyənə qədər Ermənistan prezidenti Azərbaycan prezidenti ilə görüşməyəcəkdir. Azərbaycan tərəfi heç bir şərti geri çəkməyib, amma S.Sərkisyan sözünü danmağa məcbur oldu. Ola bilər V.Sərkisyan Kazan görüşü deyəndə bunu yada salmaq istəyirmiş. PA rəhbəri V.Sərkisyan prezident S.Sərkisyanın kölgəsinə çevrilib. Onu nəzarətsiz qoymur. Bəlkə də tapşırıq yerinə yetirir. Ya da PA rəhbəri V.Sərkisyan prezident S.Sərkisyanın yalançılıq üzrə dünya çempionu tituluna sahib çıxmaq iddiasındadır. V.Sərkisyanın qoşunların təmas xəttində baş verənlərə yaxın vaxtlarda münasibətin bildirilməsi də özünü çox yubatmadı. ABŞ Ermənistanla Azərbaycan arasında etimad tədbirinin bir tərəfi kimi qoşunların təmas xəttində xüsusi qurğuların yerləşdiyinin nəzərdə tutulduğunu bildirsə də, eləcə də ABŞ Dövlət Departamentinin sözçüsü C.Kirbi etimad tədbirinin digər tərəfi kimi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun olduğunu bildirdi. Onun fikrincə Dağlıq Qarabağda ermənilər və azərbaycanlılar çiyin-çiyinə yaşayıblar, bundan sonra da yaşamalıdırlar".

Politoloq qeyd edib ki, C.Kirbinin bu açıqlaması digər tərəfdən də diqqət çəkir: "Amerikalı həmsədr C.Uorlik bu mövzuda heç vaxt açıqlama verməyib. Deməli, etimad tədbirinin silahlı hissəsini şişirdən C.Uorlik xalq diplomatiyası hissəsini tamamilə diqqətdən kənarda saxlayıb. C.Uorlik Ermənistanın yanındadır. Hər halda o, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yanında deyil. Ona görə C.Kirbinin bu açıqlamasına ABŞ-ın nakam qalan arzusu kimi yanaşmaq daha düzgündür".

M.Əhmədoğlu deyib ki, Bern görüşünə şərh verən tərəflərdən biri də RF XİN-i idi: "RF XİN-in ATƏT-dəki təmsilçisi A.Lukaşeviç predmetli danışıqların zəruriliyini bildirdi. RF XİN mətbuat xidmətinin rəhbəri M.Zaxarova da Bern görüşündən sonrakı ilk brifiqində münasibət bildirdi: Uğur yoxdur; Rusiya təkbaşına səyləri ilə tərəflərə həmsədrlərlə razılaşdırılmış yanaşma əsasında kompromisə gəlməyə kömək edəcək. S.Lavrovun indi arzuladığı da budur. Həmsədrlərlə razılaşdırılmış yanaşmanın təşəbbüskarı odur. Dağlıq Qarabağ tənzimlənməsində bu konsepsiyanın müəllifi isə RF prezidentidir. Bu konsepsiya Azərbaycanın maraqlarına uyğundur. Əsas Rusiyanın Ermənistanı bu varianta razılaşdırmasıdır. Rusiyanı inkar edən, danan Ermənistandır, Azərbaycan deyil".

Mərkəz rəhbəri qeyd edib ki, BMT Baş katibi Pan Gi Mun da münasibət bildirdi: "Beləliklə, Bern görüşü Azərbaycan və Ermənistan prezidentlərin görüşündə yeni mərhələyə çevrilə bilər. Bunun üçün lap yaxın zamanlardan etimad tədbirlərinin hər iki tərəfində iş aparmaq lazımdır. Həm Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqu başlamalı, həm də onların müzakirələrin nəticəsi olaraq Azərbaycan-Ermənistan sərhədində xüsusi qurğuların yerləşdirilməsinə başlanmalıdır. Azərbaycan-Ermənistan sərhədindən xüsusi qurğuların yerləşdirilməsi ilə Azərbaycan məşğul olmaya da bilər. Ermənistan yalnız öz sərhədinə sahib çıxarsa, sərhədindən kənarda burnunu soxmazsa və bunu dinc yolla edərsə, Azərbaycanın Ermənistan tərəfə atəş açmaq niyyəti olmayacaq. Ermənistan və ATƏT şübhəlidirlərsə, xərc çəkib, özləri sərhəddə belə nəzarət mexanizmlərini qura bilərlər. Amma bütün bunların hamısının təməli Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun qurulmasıdır".

Bizi Twitter-dən izləyin: @trend_az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ürək üçün faydalı, həyat üçün zəhərli

29 Mart 2017 23:22

AÇ-2017: İkinci gün 1 qızıl və 2 bürünc medal qazandıq

29 Mart 2017 23:22

Trampa dəstək reytinqi antirekord vurdu

29 Mart 2017 23:19

Türkiyə "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edib

29 Mart 2017 23:12

Banka borcu var idi, intihar etdi

29 Mart 2017 23:12

Təsir gücü bitkilərdən də üstün olan göbələklər

29 Mart 2017 23:12

Heyvanlar da yuxu görür?

29 Mart 2017 23:12

Sabiq turizm naziri həbs olundu - FOTO

29 Mart 2017 23:08

Dodaqlarda yaşayan qorxunc virus

29 Mart 2017 23:05

Banka borcu olan kişi özünü öldürdü - Şəkidə

29 Mart 2017 23:04

"Runi "Mançester Yunayted"dən ayrılmaq istəsə, onun qərarına hörmət etməliyik" -

29 Mart 2017 22:58

Bu reyslərdə planşet və noutbuklara icazə verildi

29 Mart 2017 22:57

Ağcabədidə 13 yaşlı məktəbli qızı qaçırdılar - CİNAYƏT

29 Mart 2017 22:53

Sağlam və parlaq saçlar üçün YUMURTA MASKASI

29 Mart 2017 22:52

Colidən növbəti xeyirxah addım

29 Mart 2017 22:52

Hava limanına Ronaldonun adı verildi - FOTO

29 Mart 2017 22:43

"Fərat Qalxanı" əməliyyatı başa çatdı -

29 Mart 2017 22:43

Yeni evlənən cütlük hamının gözü qarşısında mübahisə etdi

29 Mart 2017 22:42

Misin insan orqanizmində rolu

29 Mart 2017 22:37

Ayaqqabı ayağınızı sıxırsa... - ÇARƏ

29 Mart 2017 22:37

Türkiyə Booking.com-u bağladı

29 Mart 2017 22:34

Şəmkirdə yaşayış evində partlayış baş verib -

29 Mart 2017 22:28

Hiperaktiv uşaqların davranışı belə olur- ƏLAMƏTLƏR

29 Mart 2017 22:27

Booking.com saytının fəaliyyəti Türkiyədə dayandırıldı

29 Mart 2017 22:27

Müğənni və sevgilisi romantik gəzintidə - FOTO

29 Mart 2017 22:22

Kənan və Dəniz 20 il əvvəl - FOTO

29 Mart 2017 22:22

Futbolçunun həyat yoldaşı onu klub və millidən uzaqlaşdırmağı xahiş edir - QİSAS

29 Mart 2017 22:22

SƏPGİLƏR əleyhinə evdə hazırlanılan KREM

29 Mart 2017 22:12

Aktrisa doğumdan sonra ilk dəfə - FOTO

29 Mart 2017 22:12

Avropada ən böyük yaşayış evi satılıb

29 Mart 2017 22:12

"Fərat qalxanı" əməliyyatı başa çatdı

29 Mart 2017 22:08

Rusiya, İran və Suriya hərbi cinayətlərdə ittiham edildi

29 Mart 2017 21:59

Bakıda yanğın olub

29 Mart 2017 21:57

Müsəlman idmançıdan Trampa məktub:

29 Mart 2017 21:57

"YouTube"da uşaqlar üçün təhkükəli videolar yayılıb - Valideynlərə xəbərdarlıq!

29 Mart 2017 21:52

Davud Güloğlu yeni filmə çəkilib - FOTO

29 Mart 2017 21:52

Məşhur aparıcının yeni iş yeri bəlli oldu

29 Mart 2017 21:47

Şou-biznesin məşhur simaları bu evlərdə yaşayır - SİYAHI - FOTO

29 Mart 2017 21:37

Adriana Lima Türkiyədə podiuma çıxacaq

29 Mart 2017 21:37

Bakıda bir nəfəri öldürüb, digərini yaralayan şəxs barədə məhkəmə qərar verib

29 Mart 2017 21:32

Azərbaycan millisi Moldovaya şans vermədi

29 Mart 2017 21:29

Çirkli hava beyini kiçildir - Qarşısını almaq üçün nə etməli?

29 Mart 2017 21:28

Türkiyənin qərbi silkələndi - 4,5 balla

29 Mart 2017 21:27

"Ozancan Türkiyə millisində oynaya bilər" - "Bursaspor" rəsmisi

29 Mart 2017 21:27

Qadının gözündən 8 sm-lik qurd çıxarılıb

29 Mart 2017 21:22

Yol polisindən sürücülərə: İngilis və rus dilini öyrənin

29 Mart 2017 21:22

Yazda hansı xəstəliklər üzə çıxır?

29 Mart 2017 21:22

Əli İnsanovun məhkəməsinin vaxtı açıqlandı

29 Mart 2017 21:21

Sabiq prokurorluq əməkdaşının məhkəməsi başladı

29 Mart 2017 21:19

Azərbaycan Moldovanı darmadağın etdi

29 Mart 2017 21:17