Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

UNEC kollektivi bayramı ahıllarla birlikdə keçirib

Hacettepe Universiteti UNEC-i seçir (22 Mart 2017 10:49)
UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində (21 Mart 2017 12:29)
UNEC-də Novruz şənliyi keçirilib (17 Mart 2017 18:44)

Tarix: 28 Dekabr 2015 11:18

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi və tələbələri ilin son istirahət gününü Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ahıllarla birlikdə keçirib.

Trend-in məlumatına görə, UNEC tələbələrinin təşəbbüsü ilə həyata keçən görüşdə çıxış edən universitetin rektoru, professor Ədalət Muradov ahılları 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib.

Universitetin Yaradıcılıq Mərkəzinin üzvləri pansionat sakinləri üçün, pansionatın özfəaliyyət dərnəyinin üzvləri isə tələbələr üçün mahnılar oxuyub, musiqilər ifa ediblər. Ahıllar UNEC kollektivini və tələbələri özlərinin əl işləri ilə tanış ediblər.

Sonda ahıllar tələbələrə yeni başlayacaq qış imtahan sessiyasında uğurlar arzulayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  UNEC kollektivi bayramı ahıllarla birlikdə keçirib



RƏYLƏR


Top xəbərlər