“Bozbash pictures” artıq olmayacaq

“Bozbash pictures” artıq olmayacaq
11:21 28 Dekabr 2015
65 Şou
Ölkə mətbuatı
A- A+

“Bozbash pictures” komandası yeni teletamaşasının adını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, bu haqda aparıcı-aktyor İlkin Həsəni xəbər verib. O, yeni teletamaşalarının adını açıqlayıb:

“Bozbash pictures” nə vaxt başlayır?” sualını verən dostlar, susmağımızın bir səbəbi var idi. O da yeni komediya serialını hazırlamağımız idi. Yeni ildə “Bozbash pictures” komandasının yeni serialını qarşılayın – “Palata No 106”. Yeni obrazlar, ssenari, aktyor və aktrisalar... Yaşıl pencəklə güldürdüyümüz kimi ağ xalatla da güldürəcəyik. Bütün heyətimizə uğurlar”.

İ.Həsəni komandaya aktrisaların da cəlb olunduğunu bildirib. Belə ki, Kəmalə Piriyeva, Adelia Məmmədova da ekran işində rol alacaq.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR