"Real" "Prosineçki"ni istəyir

"Real" "Prosineçki"ni istəyir
11:27 28 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Ante Çoriç Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Xorvatiya mətbuatına istinadən məlumatına görə, 18 yaşlı futbolçu hazırda seçim qarşısındadı.

Xorvatiyada "yeni Prosineçki" kimi çağırılan Çoriç ölkə futbol tarixinin ən böyük kəşfi sayılır. Hətta o, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki, həmçinin Zvonimir Boban Luka Modriçdən də güclü hesab edilir. "Real" başda olmaqla, "Çelsi" və "Bavariya" kimi komandalar qış fasiləsində onu transfer etməkdə israrlıdılar.
 
Qeyd edək ki, "Dinamo" ilə müqavilə müddəti 2020-ci ilə qədər olan Çoriçin transfer qiyməti 10 milyon avrodu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR