"Bakı Metropoliteni"ndən sərnişinlərə sürpriz

11:28 28 Dekabr 2015
9 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

"Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında növbəti sosial aksiyaya başlayıb. Trend-in məlumatına görə, bu gündən etibarən metro stansiyalarında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə tədbir keçirilir. Tədbir çərçivəsində Şaxta Baba və Qar qız metro stansiyalarında sərnişinlərlə görüşəcək, onlara bayram əhvalı yaşadacaq.

Bundan başqa, Şaxta baba metronun kiçik sərnişinlərinə, yəni uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edəcək.

Açılış zamanı "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti jurnalistlərə və sərnişinlərə sürpriz etdi. Məlum oldu ki, tədbirdə Şaxta Baba və Qar qız "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbər işçiləridir. Belə ki, Şaxta baba obrazında "Bakı Mertopoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar qız obrazında isə qurumun marketinq şöbəsinin rəisi Lala Babayevadır.

NPaşayev Trend-ə bildirib ki, tədbir qurum rəhbərliyinin təklifi ilə baş tutub: "Məqsəd insanları təbrik edib, onlarda xoş əhval-ruhiyyə yaratmaqdır. Bununla yanaşı, həmçinin sərnişinlərin problemləri ilə maraqlanmaqdır. Ola bilsin ki, hansısa sərnişin "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyilə hansısa bir məsələ ilə bağlı görüşmək, hansısa təkliflər vermək və ya problemlər barədə məlumat vermək istəyir, amma bunu edə bilmir. Bu məqsədlə də Şaxta baba və Qar qız vasitəsilə sərnişinlər problem və təkliflərini rəhbərliyə çatdıracaqlar.

N.Paşayev bildirib ki, Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzəcək. Tədbir bir neçə gün davam edəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR