"Günəşli"nin neftçisinin meyiti ailəsinə verildi

"Günəşli"nin neftçisinin meyiti ailəsinə verildi
11:36 28 Dekabr 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin - neftçi Qasımov İman Şura oğlunun cəsədi ailəsinə təhvil verilib. O, bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində dəfn olunacaq.

Bu barədə mərhumun oğlu İlham Qasımov ANS PRESS-ə məlumat verib. "Atamın cəsədini götürmüşük. Hazırda məsciddəyik. Atam Lökbatan qəbirstanlığında dəfn olunacaq. Dəfn mərasimi saat 12-radələrində olmalıdır", - deyə neftçi İmanın oğlu vurğulayıb.

Qasımov İman Şura oğlunun cəsədi ötən gün Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib. Məlumat daxil olduqdan dərhal sonra cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb və meyit Bakıya gətirilib.


Qasımov İman Şura oğlu - neftçi

Allah rəhmət eləsin!

Adıçəkilən neftçi faciə baş verən gün həyat yoldaşına yazdığı mesajla bütün ölkəni göz yaşlarına boğmuşdu. İman Qasımov qəzadan sonra yaşadığı fəlakətli anlarda xanımı Arzu ilə vidalaşıb, ondan “uşaqlara böyüklük etməyi” xahiş edib. Daha sonra isə heç bir suala cavab verməyib.

ANS-in efirində yayımlanan “Deməsək olmaz” verilişinə danışan Arzu Qasımova Xəzərdə küləyin gücləndiyini görən neftçi yoldaşına şeir parçası da göndərib.

Dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.

Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 8-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 22 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardı:

1 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
2 Rzaxanov Edik Rivazin o. 15.01.1983
3 Babazadə Tural Fətəli o. 01.09.1993
4 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
5 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
6 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
7 Abdullayev Adil Ələkbər o. 19,02,1953
8 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
9 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
10 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
11 Niyazov Seyfəddin Abil o. 09.02.1968
12 İskəndərov İnqilab Osman o. 29.11.1957
13 Mayborda Oleq Akimoviç 21.11.1971
14 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
15 İbrahimov Xalid Bəşir o. 12.08.1971
16 Həsənov Zaur Vahid o. 24.12.1975
17 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
18 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
19 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
20 Xəlilov Zaur Arif o. 15.09.1975
21 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
22 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Xəzərdəki faciə ilə bağlı digər bütün məlumatlar aşağıdakı linklərdə:
Günəşli faciəsi zamanı itkin düşən neftçinin meyiti tapıldı
Xəzərdə helikopterlərlə axtarışlar dayandırıldı (YENİLƏNİB - 3, VİDEO)
6 neftçinin meyiti tapıldı (YENİLƏNİB I, VİDEO)
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)
Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)
Xəstəxanadakı yaralıların siyahısı və diaqnozu (YENİLƏNİB)
Xəzərdəki faciədə bir nəfərin cəsədi tapıldı
Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB)
Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)
SOCAR prezidenti yanan platformada - özüldə işçilər qalıb (VİDEO, YENİLƏNİB)
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama
Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)
Azərbaycanda matəm elan olundu
Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)
Xəzərdə baş verən faciə ilə bağlı ANS TV və ANS ÇM proqramını dəyişdi
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi (FOTO)
Xəstəxanaya yerləşdirilən neftçilər haqda son məlumat
#PrayForAzerbaijan: "Günəşli" faciəsi sosial şəbəkələrdə anılır


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR