BANM-də "İlin gənc tədqiqatçısı" müsabiqəsi keçiriləcək

BANM-də "İlin gənc tədqiqatçısı" müsabiqəsi keçiriləcək
11:37 28 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində (BANM) 2016-cı ildən başlayaraq tələbələr arasında hər il "İlin gənc tədqiqatçısı" müsabiqəsi keçiriləcək. Bu barədə BANM-in rəhbərliyi tərəfindən əmr imzalanıb və müsabiqənin təşkili ilə əlaqədar müvafiq əsasnamə təsdiq edilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, "İlin gənc təqdiqatçısı" müsabiqəsi ildən-ilə elmi fəaliyyətə qoşulan tələbələrin  sayının artdığını nəzərə alaraq onların elmi fəaliyyətinin keyfiyyət göstəricilərini yüksəltmək və motivasiyasını gücləndirmək məqsədilə həyata keçiriləcək.

Qeyd edək ki, hər tədris ilində elmi işə həvəs göstərən tələbələr Tələbə Elmi Cəmiyyəti xətti ilə planlı şəkildə müəllimlərdən tapşırıqlar alır, araşdırmalar aparır, nəticələri ənənəvi illik elmi-texniki konfranslarda məruzə edirlər. Sonda isə onların məruzələrinin tezisləri toplu şəkildə nəşr olunur.

Hal-hazırda BANM-də mütəxəssis hazırlığı həyata keçirən kafedralar tərəfindən müsabiqənin təşkilinə dair müvafiq tədbirlər həyata keçirilir.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR