Azərbaycan bərələri Aktau limanını Türkiyənin yük maşınlarından boşaldıb

Azərbaycan bərələri Aktau limanını Türkiyənin yük maşınlarından boşaldıb
11:38 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Bakı və Aktau arasında reyslərin yerinə yetirilməsinə cəlb edilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin əlavə bərələri Qazaxıstanın bu limanını Türkiyənin yük maşınlarından demək olar tam boşaldıb. Bunu Trend-ə QSC-nin sədrinin köməkçisi Vüqar Sadıqov deyib.

Onun sözlərinə görə, hazırda Aktau limanında Türkiyənin yalnız 8 yük maşını qalıb: "Onlar ən yaxın reyslə Bakıya çatdırılacaq. Son sutkalar ərzində bərələr əlavə 4 reys həyata keçirib ki, bu da 100-dən artıq türk yük maşınını keçirməyə imkan verib. Azərbaycan gəmiçiliyi Bakı limanının tam boşaldılması üçün əlavə reyslər təşkil etməyə davam edəcək".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2474792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR