SOCAR: İtkin düşmüş 25 neftçinin axtarışları hazırda Xəzərin Türkmənistan və İran sektorlarında aparılır

11:38 28 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, Nihad Budaqov, AZƏRTAC
İtkin düşmüş 25 neftçinin axtarışlarının akvatoriyası genişləndirilib. “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin və “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 22 neftçinin axtarışları hazırda Dövlət Sərhəd Xidmətinin 3 gəmisi vasitəsilə Xəzər dənizinin Türkmənistan və İran sektorlarında aparılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri cəlb olunub. FHN-in helikopteri əsasən Xəzərin cənubunda axtarışlar həyata keçirir.
Yanğının söndürülməsində isə hazırda ikisi FHN-in və ikisi isə SOCAR tərəfindən bp şirkətindən sifariş olunan 4 gəmi iştirak edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_Itkin_dusmus_25_neftchinin_axtarislari_hazirda_Xezerin_Turkmenistan_ve_Iran_sektorlarinda_aparilir-914840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR