Vergi bəyannəmələrinin yeni formaları təsdiq edilib

Vergi bəyannəmələrinin yeni formaları təsdiq edilib
11:38 28 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən təsdiq edilən normativ-hüquqi sənədlərə müvafiq dəyişikliklər və əlavələr olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar, “Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”, “İdman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi”, “Sadələşdirilmiş vergi bəyannaməsi”, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”, onların əlavələri və tərtib olunma qaydaları təsdiq edilib.
Bundan əlavə, “Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək haqqında” və “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” məlumat formaları da təsdiq edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vergi_beyannemelerinin_yeni_formalari_tesdiq_edilib-914839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR