“İlin gənc tədqiqatçısı” müsabiqəsi keçiriləcək

“İlin gənc tədqiqatçısı” müsabiqəsi keçiriləcək
11:38 28 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC 
Bakı Ali Neft Məktəbində (BANM) 2016-cı ildən başlayaraq tələbələr arasında hər il “İlin gənc tədqiqatçısı” müsabiqəsi keçiriləcək.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, bu barədə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb və müsabiqənin təşkili ilə əlaqədar əsasnamə təsdiq edilib.
“İlin gənc tədqiqatçısı” müsabiqəsi tələbələrin elmi fəaliyyətinin keyfiyyət göstəricilərini yüksəltmək və motivasiyasını gücləndirmək məqsədilə həyata keçiriləcək.
Xatırladaq ki, hər tədris ilində elmi işə həvəs göstərən tələbələr müəllimlərdən tapşırıqlar alır, araşdırmalar aparır, nəticələr ənənəvi illik elmi-texniki konfranslarda diqqətə çatdırılır.
Hazırda BANM-da mütəxəssis hazırlığı həyata keçirən kafedralar tərəfindən müsabiqənin təşkilinə dair tədbirlər reallaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilin_genc_tedqiqatchisi_musabiqesi_kechirilecek-914838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR