Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəkir Çobanzadə küçəsinin bir hissəsi təmir edilib

Date: 28 December 2015 11:42

Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənib, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, yeraltı kommunikasiya xətləri (qaz, su, istilik, elektrik, rabitə ) yolun hərəkət hissəsindən kənara köçürülüb.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örüyü yenisi ilə əvəzlənib. Ərazinin ikiqat olmaqla 14 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Piyadaların da rahatlığı nəzərə alınaraq təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 1 200 paqon metrə yaxın yeni səki daşları düzülüb.
B.Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərdə genişləndirmə işləri də aparılıb. Nəticədə, yolun hərəkət hissəsi bəzi yerlərdə 5 metrə yaxın genişləndirilib. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərib.
Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün təmir işlərinin aparıldığı ərazidə2 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması istiqamətində də addımlar atılıb. Avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirləri çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi işlək vəziyyətə gətirilib, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Tags:  Bəkir Çobanzadə küçəsinin hissəsi təmir edilib

RƏYLƏR


Top news