Ceyhundan maraqlı fotosessiya

Ceyhundan maraqlı  fotosessiya
11:46 28 Dekabr 2015
36 Şou
Ölkə mətbuatı
A- A+

“Qala” qrupunun rəhbəri, müğənni-bəstəkar Ceyhun Əliyev Yeni il əhval-ruhiyyəli fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, sənətçi fotolardakı “3 tuz”un mənasını açıqlayıb:

“Üç tuz həyatımdakı önəmli məqamların göstəricisidir. Bu uğuru 2006-ci ildən, “Qala” qrupunun fəaliyyəti ilə başlamaq istəyirəm. Həm Ceyhun “Qala”sız, həm “Qala” Ceyhunsuz səslənmir. Bunun ardınca, yüz ölçüb, bir biçib evlilik qərarı verdim. Çox şükür, uğurlu alındı. Üçüncü tuzu övladımın dünyaya gəlişi tamamladı”.

C.Əliyev ailəsini efirdən uzaq tutmasından da danışıb:

“Kim ailəsini göstərir şəxsi işidir. Amma mən bunu düşünmürəm. Dostlar arasında birgə görünürük, bu bizə bəs edir. Ümumiyyətlə, münasibətlərimizi tarazlamışıq. Ailə qurana kimi bir-birimizi yaxından tanıdıq. Mən bilirdim ki, kimin nəslindən qız alıram. Həyat yoldaşım da bilirdi ki, müğənni ilə ailə qurur. Ona görə də, tərəddüdlərimiz yoxdur”.







Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR