Hollandiyalı hücumçusu "Qarabağ"ı hədələyib

Hollandiyalı hücumçusu "Qarabağ"ı hədələyib
11:47 28 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT,AZ/ "Qarabağ" klubunun futbolçusu Ridell Pupon komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. "Report"un "Voetbal International"a istinadən verdiyi məlumata görə, 28 yaşlı hücumçu bu cür xəbərləri gördükdə şoka düşdüyünü deyib.
Pupon komanda ilə birgə qış təlim-məşq toplanışında iştirak edəcəyini bildirib: "Bu xəbərlərin haradan qaynaqlandığını bilmirəm. Bildiyim tək şey yanvarın 5-də komanda ilə birgə Antalyaya təlim-məşq toplanışına yollanmağımdır".
"Qarabağ"ın heyətində meydana tez-tez çıxmamağından söz açan hollandiyalı futbolçu bunu zədə və aldığı vərəqələrlə əlaqələndirib. Onun sözlərinə görə, Ağdam klubu ilə yollarını yalnız müqavilə müddəri bitdikdən sonra ayıra bilər: "Qarabağ"dan getməyim haqda ancaq yayda düşünə bilərəm. Onlar məndən indi xilas olmaq istəyirlərsə, çoxlu pul ödəməli olacaqlar".
Qeyd edək ki, Ridell Pupon karyerası ərzində ölkəsinin "Ayaks", "Villema II", "De Qrafşap", "Den Haaq", "Breda" və Fransanın "Valensyen" klublarında çıxış edib. O, "Qarabağ"a cari ilin yay transfer pəncərəsində qoşulub. Puponla 2 illik müqavilə bağlanılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/pupon-qarabag-menden-xilas-olmaq-isteyirse-coxlu-pul-odemelidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR