Mərkəzi Bank: Manatın növbəti devalvasiyası və 2 manat olacağı ilə bağlı xəbərlərin əsası yoxdur

Mərkəzi Bank: Manatın növbəti devalvasiyası və 2 manat olacağı ilə bağlı xəbərlərin əsası yoxdur
11:48 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Manatın məzənnəsinin növbəti dəfə devalvasiyası və 2 manat müəyyən olunacağı ilə bağlı 26-27 dekabr 2015-ci il tarixlərində - ötən şənbə və bazar günündə ictimaiyyət arasında yayılmış şaiyələrin əsası yoxdur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan verilən açıqlamada bildirilir.

Qeyd olunur ki, Mərkəzi Bank tərəfindən bəyan olunmuş üzən məzənnə rejiminə uyğun olaraq manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşdırılır.

Mərkəzi Bankın valyuta bazarında iştirakı üzən məzənnə rejiminə uyğun həyata keçirilir və hazırda valyuta bazarının tələbatı hərraclar vasitəsilə təmin olunur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2474859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR