İtkin düşmüş neftçilərin axtarışlarına onların ailə üzvləri də cəlb ediləcəklər

İtkin düşmüş neftçilərin axtarışlarına onların ailə üzvləri də cəlb ediləcəklər
11:48 28 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dekabrın 29-dan etibarən “Neft daşları” və “Günəşli” sahəsində itkin düşmüş 25 neftçinin axtarışlarına onların ailə üzvləri də cəlb olunacaqlar.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq onların da vertolyotlarla axtarış prosesində iştirakını təmin etmək barədə qərar qəbul ediblər. Artıq axtarışlara qatılacaq hər ailədən ən azı 1 nəfər olmaqla iştirakçıların siyahısı hazırlanıb. Dekabrın 29-da onlar da axtarış briqadası ilə birlikdə bu işlərə cəlb ediləcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Itkin_dusmus_neftchilerin_axtarislarina_onlarin_aile_uzvleri_de_celb_edilecekler-914843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR