Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev açılış etdi

İlham Əliyev açılış etdi

Date: 28 December 2015 11:51

Azərbaycan prezidenti İlham Əliyev açılış edib. Dövlət başçısı bu gün Kənd Təsərrüfatı Nazirliyinin Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib.

Dövlətimizin başçısı şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, “Baytarlıq şəhərciyi”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binaları yerləşir.

Layihənin həyata keçirilməsində əsas məqsəd respublikada sanitariya və sağlamlığın qorunmasında, təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınmasında, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, həmçinin əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən qorunmasında böyük rolu olan baytarlıq xidməti işinin yaxşılaşdırılması, bu sahədə fəaliyyət göstərən qurumların maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların avadanlıq və baytarlıq preparatları ilə təminatına şərait yaradılmasından ibarətdir.

Tags:  İlham Əliyev açılış etdi


RƏYLƏR


Top news