Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İqtisad universitetinin kollektivi bayramı ahıllarla keçirib

İqtisad universitetinin kollektivi bayramı ahıllarla keçirib

Hacettepe Universiteti UNEC-i seçir (22 Mart 2017 10:49)
Hacettepe Universiteti UNEC-i seçir (21 Mart 2017 20:57)
UNEC kollektivi Şağan müalicə pansionatında olub (16 Mart 2017 15:34)

Tarix: 28 Dekabr 2015 11:54

İqtisad Universitetinin (ADİU) kollektivi və tələbələri ilin son istirahət gününü Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ahıllarla birlikdə keçirib.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC tələbələrinin təşəbbüsü ilə həyata keçən görüşdə çıxış edən universitetin rektoru Ədalət Muradov ahılları 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib.

Universitetin Yaradıcılıq Mərkəzinin üzvləri pansionat sakinləri üçün, pansionatın özfəaliyyət dərnəyinin üzvləri isə tələbələr üçün mahnılar oxuyub, musiqilər ifa ediblər. Ahıllar UNEC kollektivini və tələbələri özlərinin əl işləri ilə tanış ediblər.

Sonda ahıllar tələbələrə yeni başlayacaq qış imtahan sessiyasında uğurlar arzulayıb.

 





















Teqlər:  İqtisad universitetinin kollektivi bayramı ahıllarla keçirib



RƏYLƏR


Top xəbərlər