Kuzbassda terrorçuları cəlbetməyə görə Azərbaycan vətəndaşına qarşı cinayət işi açılıb

Kuzbassda terrorçuları cəlbetməyə görə Azərbaycan vətəndaşına qarşı cinayət işi açılıb
11:57 28 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Kemerovodakı şöbəsi ölkədə qadağan edilən "İraq-Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasına kənardan adam cəlb etməyə çalışdığına görə, iki nəfərə qarşı cinayət işi açıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, FTX 26 yaşlı xanım Azərbaycan vətəndaşı və 25 yaşlı xanım Novokuznetsk sakinini axtarışa verib.
Amma məlum olub ki, onların hər ikisi hazırda Suriyadadır. Qadınlar özlərinə tərəfdar toplamaq, Kuzbass sakinlərinə səslənmək üçün internetdən istifadə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/kuzbassda-terroculari-celbetmeye-gore-azerbaycan-vetendasina-qarsi-cinayet-isi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR